|
Bu günə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2015-ci il aprelin 24-də Ermənistana səfər dəvəti ilə bağlı hansı qərarı qəbul edəcəyini söyləmək çətindir.
Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Onun sözlərinə görə, cavab vermək üçün hələ kifayət qədər vaxt var. “Nə vaxt qərar qəbul ediləcəyini və nə qərar olacağını demək çətindir. Bunu Türkiyə tərəfi bəyan eləməlidir”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, Ərdoğanın 28 avqust inauqurasiya mərasiminə qatılan Nalbandyan Türkiyə prezidentinə gələn il uydurma “soyqırım”ın 100 illiyi tədbirinə qatılmaq üçün Serj Sərkisyanın adından İrəvana rəsmi dəvət məktubunu təqdim edib.