|
ABŞ-la münaqişəyə səbəb olacaq hər hansı addımı atmağın tərəfdarı deyilik. Ancaq ABŞ-ın Suriayda tamam başqa məqsədləri var.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru (RISS) Leonid Reşetnikov çıxış edib.
"Sizə çox dəqiq deyə bilərəm ki, ABŞ-ın Türkiyədəki hərbi çevrilişə cəhddən öncədən xəbəri var idi. Biz sabit Türkiyənin tərəfdarıyıq və buna ehtiyac duyuruq. Biz Türkiyənin parçalanmasına tərəfdar deyilik. Bizim cənub sərhədlərimizə də bu olay mənfi təsir edər. Türkiyə ilə bəzi məsələlərdə zidd olmaq ABŞ ilə Türkiyə məsələsində zidd olmaqdan daha yaxşıdır. Biz Türkiyə məsələsində üçüncü tərəflə görüşmək istəmirik", - Reşetnikov qeyd edib.