ANS televiziyaının ABŞ-dakı xüsusi müxbiri Qənirə Ataşova təmsil etdiyi telekanalı lisenziyasının məhkəmə qərarlyla ləğv olunması, bu hadisəyə görə adının hallanması, eləcə də Fətullah Gülənin keçirdiyi mətbuat konfransına qatılmaı barədə fikirlərini təfərrüatlı şəkildə sosial şəbəkədəki səhifəsində paylaşıb.

Teleqraf.az Musavat.com-a istinad edərək Q.Ataşovanın statusunu təqdim edir:

***

ANS-in lisenziyası ilə bağlı məhkəmənin getdiyini bildiyim üçün həmin gecə Amerikada mənim üçün gündüz oldu. Həmən o ağrılı və ağır xəbəri içdən sarsılaraq aldım. Azərbaycanın müstəqillik tarixinin şərəfli səhiflərindən olan ANS-in lisenziyasının məhkəmə qərarı ilə ləğv edilməsini ağrı ilə yaşayıram. Düşünürəm, yuxarı instansiya məhkəməsində ədalət bərpa olunacaq. Amma məsələdə aldığım müsahibənin adı da hallandığı üçün həqiqəti məndən də eşitməyinizin faydası olar.

15 iyul günü – Türkiyədə o dəhşətli anlar yaşananda, mən oğlanlarımla bərabər Nyu Yorkda “Azadlıq Heykəli”ndən ətrafa baxırdım. “Türkiyədə çevrilişə cəhd edilib” sözünü eşidən kimi, sahilə çıxmağa can atdım. İnternet zəif olduğu üçün sosial media üzərindən çətinliklə də olsa hadisələri izləyir, telefon üzərindən dostlara və tanışlara zəng edərək, durumu öyrənməyə çalışırdım. Jurnalist fəaliyyətimlə bağlı olaraq Türkiyə Cumhuriyyəti Prezidentinin köməkçiləri ilə də əlaqəm var idi. İlk mesajımı onlardan birinə yazdım.“Darbe yox, demokratiyanın tərəfdarıyıq. Türkiyənin yanındayıq” mesajını yazdım. Hər şey yaxşı olacaq cavabını aldım! Daha sonra “Twitter” üzərindən çevrilişə qarşı olduğumu bildirən mesaj paylaşdım. Həmin gecə “Twitter”də ardıcıl paylaşdıqlarım da çevrilişin əleyhinə olduğumu ortaya qoyur. Hər kəs bilir ki, “Twitter”ə sonradan nəsə əlavə etmək mümkünsüzdü. “Twitter” səhifəmdə Türk hakimyyətinin üzvləri olduğu üçün məhz onların paylaşdıqlarını da mən paylaşırdım.

Bunun ardınca Taymz meydanına doğuru irəllədim. Məntiqim Türk xalqının nümayəndələrinin orada toplaşacağını deyirdi. Yolda türklərlə rastlaşdıq. Tanımadığımız insanlara yalnız «Al qırmızı» bayrağın demokratiya üçün dalğalanmasına dəstək olaraq qouşulub meydana doğru irəlilədik. Qəribədir ki, ora gələn də ilk biz olduq. Ətrafımıza sonradan türklər və Türkiyəni sevən digər millətlərin nümayəndələri toplaşdı. “Haqq incələr, amma üzülməz” deyimi burada da qüvvəsində qaldı. Türkiyənin rəsmi “Anadolu” Ajansının Nyu Yorkdan paylaşdığı şəkillərdə də ön sırada mənim övladlarım dayanıb. Boyunlarında al qırmızı Türk və üç rəngli Azərbaycan bayrağı ilə.

Aşağıdakı linkdən Siz həm o görüntülərə, həm də mənim fotoaparatımın yaddaşına düşən video və fotolara baxa bilərsiz.

Nyu-Yorkdan çıxıb, maşını paytaxt Vaşinqtona doğru sürdüm. Səhər açılar-açılmaz Vaşinqtondakı Türk icmasından və həmişə bir yerdə işlədiyimiz türk jurnalistlərindən bu xəbəri aldım. Hamı Pensilvaniyaya gedir – Fətulla Gülənin evi qarşısında etiraz aksiyası, daha sonra isə mətbuat konfransı var. Mən də təcili şirkətlə əlaqə saxlayıb, getmək üçün icazə istədim. Getmək niyyətimi onunla əsaslandırdım ki, bütün suallara cavab verəcək adam odur. Əgər Türkiyə hökuməti çevrilişin arxasında onun durduğunu deyirsə, deməli, o, suallara cavab verməli və nə üçün ölkədə qardaş qanı axıdılmasına şərait yaratdığını açıqlamalı idi. Bu müsahibəni almaq tək mənim yox, ora gedən bütün jurnalist qrupunun hədəfi idi. Türkiyənin Vaşinqtondakı səfirliyinin və Türk İcmasının dəstəyi ilə baş tutan bu etiraz aksiyasını işıqlandırmaq da jurnalist olaraq borcum idi. Yolda olarkən ANS-in "Xəbərçi" proqramına bağlandım və nə üçün getdiyimizi orda danışdım. Aşagıda o videonu da yerləşdirmişəm.

Pensilvaniyaya çatanda ətraf polislə dolu idi. Təhlükəsizlik üst səviyyədə qorunurdu. Hətta əraziyə havadan polis nəzarəti var idi. Mən ora çatanda bir türk qadını ilə amerikalı polis arasında konfilikt yaşanırdı. Amerika polisi əlini silahının üzərində hazır saxlayaraq, qadına yaxınlaşmamağı məsləhət görürdü. Qadının acısını başa düşdüyüm üçün və amerika polisinin də davranışını bildiyimdən onu kənarlaşdırmağa çalışdım.


Ərazidə çoxlu xarici jurnalistlər də toplanmışdı. Bakı vaxtı ilə saat 21-də efirdə olmalı idim. Lakin telefonlar çalışmaz oldu. Yanımda olan CNN müxbirindən canlı efirə qoşulmaq üçün internet istədim. Onun “skype” adresi vasitəsi ilə ANS-ə bağlanmağa çalışsaq da alınmadı. Daha sonra Türk diasporasının üzvləri ətrafda çoxaldılar. Onlara dəstək olduğmuz üçün minnətdarlıqlarını bildirdilər. Burada çalışdığım müddətdə Türkiyə-Azərbaycan diasporası ilə yaxından işlədiyim üçün hər kəsi məni yaxşı tanıyır. Etiraz akisyasını lentə aldıqdan sonra əvvəlcədən gözlənildiyi kimi mətbuat konfransına sıra gəldi. Anadolu Agentliyindən olan Bilal Kensari hətta belə bir təklif etdi ki, “gəlin toplum halında gedək, o halda istədiyimiz nəticəni ala bilərik”. Amma içəridən belə bir xəbər gəldi ki, bundan əvvəlki mətbuat konfransı yeni bitdiyi üçün F. Gülən yorulub və özünü pis hiss edir. Arıtq etiraz aksiyası bitmək üzrə idi. Növbəti mətbuat konrfansı üçün xəbər çıxanda isə təxminən içəriyə 15 jurnalist girdi. Bu mətbuat konransında türk jurnalistləri də iştirak edib. “Amerikanın səsi”nin Türkiyə bürosundan Mehmet Toğrul və “İhlas” xəbər agenliyinin əməkdaşı olmuş Tezcan Taşkıran. Onlar da Fətulla Güləndən aldıqları müsahibəni həm öz səhifələrində, həm də Türkiyə mediyasında yayımladılar.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

08 İyul 2016 “Yolbəyimiz Elçibəyin yanında olmaq, onun qutsal ruhunu duymaq istəmişəm”

Xəbər lenti