|
Müsavat Partiyası başqanının müavini, tanınmış vəkil Osman Kazımov müxalifət liderlərinə müraciət edərək mövcud durumu müzakirə etməyi xahiş edirb. Osman Kazımovun bu müraciəti hərəkatçılar tərəfindən də maraqla qarşılanıb. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olan, KXCP Nizami rayon şöbəsinin sədri Südeyif Sadiqli özünün Feysbuk səhifəsində yazaraq münasibət bildirərib.
Teleqraf.az həmin münasibəti olduğu kimi təqdim edir:
Müsavat Partiyası başqanının müavini Osman Kazımov fasebook səhifəsində İsa Qəmbərə, Arif Hacılıya, Əli Kərimliyə və Mirmahmud Mirəlioğluna müraciət edib.
Müraciətin sonunda deyir:
“ Dövlətimiz və xalqımız naminə keçmişdə olan umu küsüləri,haqsızlıqları - kimin tərəfindən olmasından asılı olmayaraq unutmanızı və bir masa ətrafında əyləşərək mövcud durumu müzakirə etməyinizi xahiş edirəm. Xalqımızın Sizlərin birliyinə,əməkdaşlığına dərin ehtiyacı var.”
Sizdən öncə 11 yanvar 2016-cı il tarixdə KXCP-nin mövcud sosial-iqtisadi durumla bağlı bütün partiyalara müraciəti olub.
Klassik Xalq Cəbhəsi Partiyasının möbcud sosial – iqtisadi böhranla bağlı
M Ü R A C İ Ə T İ
İqtidarın yürütdüyü yarıtmaz siyasətin nəticəsi olan sosial-iqtisadi böhranı, baş verən kütləvi natahatlıqları və ölkənı gözləyən fəlakətli fəsadları nəzərə alan Klassik Xalq Cəbhəsi Partiyası bütün ictimai - siyasi təşkilatları, mütəxəsisləri və ictimai fəalları birgə müzakirəyə dəvət edir.
Bakı şəhəri.
11 yanvar 2016-cı il.
15 yanvar 2016-cı il tarixdə KXCP Qərargahinda 10 partiyanın iştirakı ilə “Ölkədəki sosial-iqtisadi böhran: yaranma səbəbləri və çıxış yolları” mövzusunda Dəyirmi masa keçirildi. Lakin sizin bir masa ətrafında görmək istədikləriniz dəvətli olsalar da, bu tədbirdə iştirak etmədilər.
24 yanvar 2016-cı il tarixdə isə ADP Qərarqahında bu mövzuda tədbir keçiriləcək.
Osman bəy, bəlkə “xalqımızın birliyinə, əməkdaşlığına dərin ehtiyacı olan” bu şəxslərin tədbirdə iştirakına yardımçı olasınız?