|
Avropa Birliyi (AB) Türkiyənin quruma üzvlüyü ilə bağlı danışıqlar prosesində yeni “səhifələr” aça bilər, ancaq bütün bunlar əvvəl müəyyən edilmiş kriteriyalara uyğun baş verəcək.
Musavat.com-un məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Olland bildirib.
Qeyd edək ki, AB-yə üzv ölkələrin başçılarının oktyabrın 15-də miqrant böhranı ilə mübarizəyə həsr olunmuş zirvə toplantısı çərçivəsində təşkilat Türkiyənin AB-yə üzvlüyü və vizaların ləğvi məsələsində kömək təklif edib, bir şərtlə ki, Ankara miqrant axınının onun ərazisindən çıxmayacağaı və AB ölkələrinə adlamayacağı ilə bağlı zəmanət versin.
“Türkiyənin təşkilata üzvlüyü ilə bağlı danışıqlara gəlincə, bu danışıqlar əvvəl qəbul edilmiş qərar əsasında bərpa ediləcək. Ancaq bu, öncə müəyyən edilmiş ölçülər çərçivəsində baş tutacaq. Yeni müddəalar nəzərdən keçirilə bilər, lakin bütün bunlar hələ başa çatmamış ümumi proses çərçivəsində reallaşacaq. Buna qədər isə hələ çox var” – qeyd edib Olland.