|
Bakıda keçiriləcək şahmat üzrə dünya kubokunun tərəfdaş şirkətləri ilə sentyabrın 5-də müqavilə imzalanıb. Dünya kubokunda Ermənistanın 4 təmsilçisinin də iştirak edəcəyi xəbərinə Qarabağ Azadlıq Təşkilatının (QAT) mövqei gecikməyib. QAT sədri Akif Nağı erməni idmançılarının Bakıya gəlişinə özünün “Facebook” səhifəsində yazaraq münasibət bildirib.
Teleqraf.az QAT sədrinin münasibətini təqdim edir:
"Sahmat üzrə dünya kuboku yarışlarının əməliyat direktoru Mahir Məmmədov sevinclə xəbər verib ki, yarışlarda erməni heyəti də iştirak edəcək, üstəlik ABŞ komandasında 2 erməni əsilli olaq. Sonra fikrinə onu da əlavə edib ki, bu məsələ ətrafında ”ajiotaj” yaratmağına dəyməz, Onsuz da bizim idmançıların ermənilərlə birgə çıxışları adiləşib.Bu adamın damarında erməni qanı olmamış deyil, Yoxsa belə danışmazdı. Dediklərimiz öz təsdiqini tapır: Ermənilər bu səfərləri adiləşdirmək istəyirlər. Ancaq imkan verməyəcəyik, istəkləri boğazlarında qalacaq. Erməni həyasızlığı keçməyəcək, qeyrətsiz məmurlar da paylarını alacaqlar. Şahmat lövhəsi və fiqurları ilə bağlı məşhur filmdəki səhnəni xatırlayırsınız... Ermənilər təkid və həyasızlıqla öz planlarını həyata keçirməyə çalışır, biz də yorulmadan bu planı pozmaqda davam edəcəyik. Sonda hökmən biz deyən olacaq."