|
ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a verdiyi açıqlamaya görə 4 partiya – ADP, KXCP, ALDP və AXP Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş üçün qarşı tərəfə rəsmi məktubla müraciət edib.
Maraqlıdır, görüş iştirakçıları belə bir təmasın reallaşmasına inanırmı? Əgər bu görüş baş tutsa belə, bunun müxalif siyasi partiyalarla hakimiyyət arasında münasibətlərə müsbət mənada yeni çalar qazandırması mümkündürmü?
Bununla bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu indiki məqamda konkret olaraq mövqe sərgiləməyin tez olduğunu vurğuladı:
“Indidən bu məsələ ilə bağlı nə uzağagedən, nə də kəskin şəkildə münasibət sərgiləmək düz olmaz. Ortada xoş niyyət var. Bu xoş niyyət Azərbaycan cəmiyyəti naminə, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması naminə ortaya qoyulub. Inanmaq istərdik ki, bu niyyət reallaşacaq. Reallaşmasa belə, faciə olmayacaq və mövcud status-kvonu saxlamalı olacayıq. Lakin məncə irəli getmək mümkün olacaq”.