|
"Dünya praktikasında məlum olmayan şəxsi yazışmada olan sözlərə görə cəza uca Müsavat Partiyasında tədbiq olundu. Ar olsun!!!"
Müsavat Partiyasının Divan üzvü, tanınmış politoloq Hikmət Hacızadə Müsavat Partiyasında fəaliyyətini dondurduğunu bəyan edib.
Teleqraf.az musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə Facebook-da yazıb. Hikmət Hacızadənin statusunu (söyüşlər istisna olmaqla) təqdim edirik:
“Saat təxminən 21.30-da belə bir xəbər aldim ki, Kamil Xəlilbəylini (Qubad bəyin tərəfdarı) MNTK-miz partiyadan xaric edib. Səbəb belə göstərilib: “partiyanin siyasi-ideoloji xəttinə xəyanət”. Konkret isə onun bir musavatçı xanımla (Arif bəyin tərəfdarı) bir şəxsi məxfi yazışmada söyüşməsi səbəb olub. Belə ki, bu yazışmada xanım onu “…”, Kamil bəy isə onu “…” adlandırıb. MNTK-nın bunu siyasi-ideoloji xəyanət kimi qələmə verib. MNTK-nın bu düşünülməmiş qərarına mən qəti etirazımı bildirirəm. Dünya praktikasında məlum olmayan şəxsi yazışmada olan sözlərə görə cəza uca Müsavat Partiyasında tədbiq olundu. Ar olsun!!!
Xatırladıram ki, hər bir təhqir və ya böhtan AR və dünya qanunvericiliyində ancaq public (ictimayi diskussiyada) deyilmiş sözlərə görə tətbiq olunur. Şəxsi yazışma isə ümümən aşkara çıxarılmamalıdır. Beləliklə, bu qərar tamamən qanunsuz və Müsavata xələl qətirən bir qərardır.
Bundan başqa, qulağıma çatıb ki, bu qərar böyük planın bir hissəsidir. Yəni, “narazılarin 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcək”. Ar olsun belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə “narazı” özümü hesab edirəm, və qərarınıza qarşı etiraz edirəm.
Bu planı düşünənlərə demək istəyirəm ki, bu plan dayandırılmasa və bu planla partiyadan xaric edilənlərin işinə yenidən baxılmasa, onda məni də bu plana salsınlar və partiyadan xaric etsinlər. Bu məsələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər partiyada fəaliyyətimi dondururam və partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm”.