|
Müsavat Partiyasının başqanı Arif Hacılı qurultaydan sonra onun nəticələrinə etiraz edərək təşkilatdan istefa verənləri "xəyanətkar" adlandırıb.
O özünün facebook səhifəsində yazıb:
"İrəli sürdükləri arqumentlərdən asılı olmayaraq Müsavat Partiyasını tərk edənlər Müsavatçılığa, Rəsulzadənin ruhuna, bu ağır dövrdə Müsavatda qalıb fəaliyyətlərini davam etdirən silahdaşlarına qarşı xəyanət etdilər!".