|
“Milli Şuradan mitinq keçirmək istəkləri haqqında Bakı şəhər İcra hakimiyyətinə heç bir müraciət daxil olmayıb”.
Bunu Hafta.az-a açıqlamasında Milli Şuranın mitinqinə münasibət bildirərkən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanlı deyib. Zaur Ramazanlı Milli Şuraya mitinq keçirmək üçün hansı ərazinin veriləcəyindən də danışıb:
“İlk olaraq bu haqda Milli Şura BİH-ə rəsmi müraciət etməlidir. Sonra biz müraciətə baxaraq müvafiq qərar qəbul edəcəyik. Onlardan yazılı müraciət daxil olmamış mən heç bir söz deyə bilmərəm”.
Xatırladaq ki, Milli Şuranın koordinasiya şurasının üzvü Rafiq Manaflı oktyabrın 12-də Milli Şuranın icazəli mitinq keçirəcəyini bildirib.