|
Hüseyn Abdullayev baş kprouror və nazirlərə müraciət etdi
Hazırda mühacirətdə yaşayan sabiq deputat Hüseyn Abdullayev baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və vergilər naziri Fazil Məmmədova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Sizə yaxşı məlumdur ki, mən bu ilin sentyabr ayında «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə yazılı müraciət göndərərək özümlə bağlı olan son hadisələrə aydınlıq gətirmişdim. Amma təəssüflər olsun ki, bu açıqlamadan 3 gün sonra DİN Mətbuat şöbəsinin rəsmiləri mənim sadaladığım arqumentlərə cavab vermək əvəzinə çox savadsız bir açıqlama verərək «Hüsyn Abdullayev hələ də axtarışdadır» dedilər və bununla da ölkə ictimaiyyətini çaşdıraraq həqiqətləri gizlətmək istədilər. Xoşbəxtlikdən, bütün həqiqətlər onların inhisarında deyil və buna görə də onlar bütün həqiqətləri saxtalaşdıra bilmirlər.
Bütün bu xoşagəlməz oyunlara baxmayaraq, mən bir daha sizin hakimiyyətinizin qondarma ittihamlarını ifşa etmək məqsədilə bu dəfə ortalığa hətta sizin inhisarınızda olan həqiqətləri də təhrif edə bilməyəcəyiniz rəsmi sənədləri və sübutları qoyuram.
Buyurun, yaxşı-yaxşı baxın və bundan sonrakı bəyanatlarınızı daha korrekt şəkildə səsləndirin:
1. Heç bir vergi borcunun olmadığını təsdiq edən rəsmi sənəd və online şəxsi vərəqəsində də 0 borcun, diqqət edin, 0 borcun olması haqqında rəsmi bilgi.
2. Qətiyyən mənə aidiyyəti olmayan "Araz İNK" şirkətinin 2009-cu ildə dövlət büdcəsinə olan borcunu tamamilə və vaxtında, qəpiyinə kimi ödəyib. Bu barədə vergi orqanlndan alınan aktın nömrəsi. Eyni zamanda, Vergilər Nazirliyinin 2013-cü ildə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tamamilə zidd olaraq mənim yaşlı valideynlərimə hədə-qorxu gələrək onlardan təkrar bir qanunsuz məbləği alması haqqında.
3. Eləcə də, mənim Azərbaycandan başqa, dünyanın digər dövlətlərinə sərbəst şəkildə gedib-gəlmək hüququmun olması haqqında rəsmi sənəd və pasportumun surəti.
Möhtərəm Ramil Usubov, Zakir Qaralov və Fazil Məmmədov. Mən hesab edirəm ki, yuxarıda təqdim edilən faktlar bütün həqiqətləri açıq-aşkar ortalığa qoyur. Yox, əgər siz bu faktları da qəbul etmək istəmirsinizsə, bütün sivil dünyada qəbul edilən hüquq normalarına hörmətsizlik etmək fikrindəsinizsə, deməli, sadəcə olaraq, mənimlə şəxsi ədavət aparıb zor və təhdid yolunu seçməyə qərar vermisiniz.
Canınız sağ olsun və bundan sonra da əlinizdən gələni edin. Amma mən də bir azərbaycanlı kimi xəcalət çəkirəm ki, bizim ölkəmizin hüquq-məhkəmə sistemi, məhz sizin sayənizdə belə utancverici, faciəvi və iflic bir vəziyyətə düşübdür.
Bütün bu aşkar qanunsuzluqlardan sonra isə mən başa düşməyə çətinlik çəkirəm ki, sizlər hansı üzlə və hansı dəlillərə söykənərək məni cinayətdə ittiham etməyə çalışırsınız?
Hörmətli Ramil bəy. Məgər siz həmin Daxili İşlər naziri deyilmisinizmi ki, 2007-ci ilin mart ayının 19-da baş prokuror Zakir Qaralovla birlikdə ölkə Konstitusiyasının 90-cı (AR Milli Məclis üzvünün toxunulmazlığı) və 91-ci (AR Milli Məclisinin deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağalar) maddələrini kobud şəkildə pozmaqla yanaşı Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), eləcə də 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələrinə heç bir məhəl qoymadan məni, parlamentin deputatını, hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvünü hökumətinizin yarıtmaz siyasətini tənqid etdiyimə görə heç bir məhkəmə qərarı olmadan, toxunulmazlıq statusum üzərimdə ola-olasəhər saat 10.00-da (yəni, hələ Milli Məclisin səhər iclası başlamazdan bir neçə saat öncə) həbs etdirdiniz?
Nəzərinizə çatdırım ki, dünya parlament praktikasında belə aşkar qanunsuzluğa və ifrat hüquqi dibsizliyə heç zaman rast gəlinməyib. Lakin çəkdiyim bu iztirablara, yaşadığım qanunsuzluqlara baxmayaraq, bəyan edirəm ki, Hüseyn Abdullayev ömrünün sonuna qədər öz doma Azərbaycan xalqının mövqeyində dayanacaq. Heç kimin xain niyyətləri, çirkin siyasi repressiyaları, təqibləri mənim əqidəmi, milli ruhumu, iradəmi sındıra bilməz. Bunu bilməyinizi istəyirəm!"