|
Vasif Efendi
Hakimiyyətin dinə münasibəti sağlamlaşdırmaq istiqamətində apardığı profilaktik tədbirlər təriqətçi, mövhumatçı qüvvələrin aktivləşməsi ilə müşahidə edilir.Bəzi saytlar mənbəni " bizə daxil olan məlumata görə " göstərməklə yazılar dərc edib aparılan islahatlara qarşı çıxamağa çalışırlar.. Nüfuzlu "ənənəvi təriqətlərin " nümayəndələrinin prezidentə müraciət edərək öz etitazlarını bildirəcəklər kimi məlumatlar yayırlar.Bu saytlar iddia edirlər ki, QMİ rəhbəri hələ ki onlardan bu addımı atmamağı xahiş edib.İran Ruhanilərinin də bu tədbirlərə münasibəti neqativ olması barədə yayılan məlumatlar da saytlarda öz əksini tapmaqdadır.Bu bəyanatlarla hiss olunur ki, İran meyilli qüvvələr dövlət başçısına təzyiq göstərməyə cəhd edirlər.Saytlardakı yazılarda hətta bir qədər də irəli gedərək dinin sağlamlaşdırılması istiqamətində atılan addımları Vəhabilərin istəyi üzərində qurulduğu bildirilir.Hesab edirəm ki, hakimiyyət düzgün yoldadır.Son illər din adına yarşamayan ayinlərin və tədbirlərin çoxaldığı səbəbindən ölkə rəhbərliyi bu islahatlara getməyə qərar verib.