|
Moskvanın iqtisadi və siyasi sahədə yeni, önəmli regional partnyoru Türkiyə olacaq”.
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Modest Kolerov çıxış edib. O, Rusiyanın Qarabağın müstəqilliyini tanımaq məcburiyyətində qala biləcəyini deyib:
“Yaxın gələcəkdə Rusiyanın cənub sərhədləri daha sabit olacaq. Moskvanın iqtisadi və siyasi sahədə yeni, önəmli regional partnyoru Türkiyə olacaq. Siyasi təlatümlər içərisində olan Gürcüstan NATO qoşunlarını burada yerləşdirməyə çalışacaq. Rusiyanın müttəfiqi Ermənistan isə od-alovun içərisində qalacaq. Naxçıvan üçün daha sərbəst mühit yaranacaq. Özündən hər zaman razı olan İran isə Azərbaycanın inadlı təhriklərindən sonra döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Rusiya məcburiyyət qarşısında qalıb Ermənistanın özünün belə tanımadığı Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. Heç bir razılaşma kimsəni nədənsə xilas etməyəcək”.