|
“Rusiyada millətçi qüvvələr Prezident Putini vətən xaini elan edərək vəzifəsindən uzaqlaşdıracaqlar”.
Teleqraf.az xəbər verir ki, bu açıqlama ilə diplomat, siyasi və ictimai xadim Yuri Rıjov çıxış edib.
Onun sözlərinə görə, hazırda Rusiyada vətənpərvərlik şüarları ilə əhalini izdihama çağıran yetərincə millətçilər mövcuddur:
“Həmin millətçilər asanlıqla Putini xain adlandıraraq, əhali ilə birlikdə Kremlə daxil ola bilərlər. Onlar hər şeyi alt-üst etmək iqtidarındadırlar”.