|
Bakı bütün qərarlarını rusiyalı partnyorlarının da maraqlarını nəzərə alaraq atır”.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı çıxış edib.
Mətbuat Azərbaycan və Türkiyəni Rusiyanın dostu adlandırıb:
“Azərbaycan üçün Avropa qaz bazarına çıxmaq prinsipial əhəmiyyət daşıyır. Amma Bakı bütün qərarlarını rusiyalı partnyorlarının da maraqlarını nəzərə alaraq atır. Bunun göstəricisi kimi biz keçən il TAP qaz kəmərinin Nabukkonun yerinə seçilməsini göstərə bilərik. Bakının özü bilərəkdən müəyyən riskə gedərək Nabukkonun seçimindən əl çəkdi. Halbuki bunun üçün bütün imkanları var idi və Avropadan da dəstək ala bilmək ehtimalı da çoxdur. Əgər bu baş verməsəydi, o zaman hazırda avropalılar Nabukkonun bayrağı ilə “Cənub dəhlizi”nin onlara lazım olmadığını açıq şəkildə bildirərdilər. Türkiyə və Azərbaycanın tandemi Rusiyanın xeyrinə işləyir. Ankaranın Rusiya ilə sıx əlaqələri Moskvanın Qərb tərəfindən təkləndiyi bir zamanda böyük köməkdir. Azərbaycan və Türkiyə ərzaq məhsullarının bazara daxil olması isə daha bir boşluğun doldurulması deməkdir. Sergey Lavrov Seliqerdə Rusiyanın müttəfiqi olan ölkələrin adını çəkərkən KTMT və Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərindən kənar heç kimi səsləndirmədi. Əslində isə Rusiyanın müttəfiqləri daha çoxdur. Ukrayna böhranı bunu bir daha sübut etdi və indi düzgün seçim vaxtıdır”.