|
“Barak Obama ilə görüşdə əsas müzakirə mövzusu Fəthullah Gülən olacaq”.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, Obamadan ya Gülənin deportasiya edilməsini, ya da Türkiyəyə verilməsini istəyəcək.
"ABŞ prezidenti Obama ilə əvvəlcə İraq, Suriya, İsrail-Fələstin məsələlərini müzakirə edəcəyik. Bundan başqa, milli təhlükəsizliyimizə təhdid olan “paralel dövlət” məsələsini də müzakirə edəcəm. Onlarla bağlı bütün dinləmələr, sübutlar ortadadır”. Türkiyə prezidenti vurğulayıb ki, ABŞ-la Türkiyə strateji müttəfiqdir: “Əgər ABŞ tərəfi bizdən terrorçuları istəyirlərsə, biz də onlara həmin terrorçuları veririksə, Birləşmiş Ştatlar da Güləni bizə təhvil versin”. Ərdoğan daha sonra Gülən haqda bunları bildirib: “Əgər o deyirsə günahı yoxdur, gəlsin Türkiyədə yaşasın. “Camaatı”nı da Türkiyədən idarə etsin. Siyasətə də qatılmaq iistəyirsə, bunu da Ankarada etsin”