“Rusiya öz sərhədləri yaxınlığında münaqişənin baş verməsində maraqlı deyil. Bu ona sərf etmir, əksinə ABŞ üçün sərfəlidir və Azərbaycan-Ermənistan münaqişəsinin gərginləşməsinin arxasında Vaşinqton dayanır”.

 Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan Administrasiyasında işləyən, daha sonra “Wall Street Journal” nəşrində redaktor köməkçisi olan, “Business Week” və “Scripps Howard News Service”də ilə köşə yazıları ilə çıxış edən, “Reyqan iqtisadiyyatının atası” kimi tanınan Pol Roberts rus mediasına müsahibəsində deyib.

P.Roberst qeyd edib ki, Vaşinqton Bakının Rusiyaya qarşı çevrilməsində maraqlıdır: “Bunun üçün əlindən gələni edir. Azərbaycana qarşı insan haqları, demokratiya tənqidlərinin də arxasında bu dayanır. Vaşinqton çalışır ki, Rusiyada nifaq salsın, problemləri ortaya çıxsın və Rusiya hökuməti dünyanın heç bir yerində ABŞ-ın ambisiyalarına qarşı çıxa bilməsin. Xatırlatmaq lazımdır ki, Britaniya parlamenti ilə Rusiya hökuməti birlikdə Amerikanın Suriyaya müdaxilə təşəbbüsünü blokladı. Rusiya regionda uranın zəngilləşdirilməsi məsələsinin diplomatik həll yolunu təklif edərək İrana hərbi müdaxilənin qarşısını aldı. Beləliklə, Rusiya öz təsirindən istifadə edərək ABŞ-ın iki planının qarşısı ala bildi. Bu Vaşinqtonu əsəbiləşdirdi və onlar Ukrayna hökumətinin devrilməsini həyata keçirdilər. Bu birbaşa Rusiyaya ciddi problemlər yaratmaq üçün edildi, çünki Ukrayna əsrlər boyu Rusiyanın təsirində olub. ABŞ həmçinin başqa istiqamətlərdə səylərini artırır. Məsələn, Stalinin vətənində - Gürcüstanda işləyirlər, Azərbaycanda bu iş aparılır. Amerika Rusiyaya qarşı hər yerdə bu fəaliyyətini davam etdirəcək”

Məşhur amerikalı siyasətçi qeyd edib ki, Xəzər regionu ABŞ və Rusiya üçün olduqca əhəmiyyətlidir. O, Rusiyanın bu regiondakı maraqlarının Vaşinqton üçün ciddi siqnal olduğunu bildirir. Pol Robertsin sözlərinə görə, amerikalıların çoxu bu regionu heç tanımır: “Rusiyanın dağılması üçün bu region olduqca əhəmiyyətlidir. Buna görə də ABŞ bu regiondakı ölkələrin dəstəyinə nail olmaq üçün inadla işləyir. Hesab edirəm ki, Rusiya sərhədlərində Vaşinqtonun aktiv partlayıcılar yerləşdirməsi Moskva üçün ciddi problemlər vəd edir. Vaşinqtonun təhdidi artdıqca, vaxtilə Rusiyanın təsir orbitində olan bu region Moskva üçün ciddi təhlükə mənbəyinə çevrilir”.

Pol Roberst hesab edir ki, Vaşinqtonun bu siyasəti uğurludur. Onun sözlərinə görə, ABŞ Ukraynanı artıq özünə tabe etdi, həmçinin Gürcüstanı əlinə aldı: “İndi regionun digər ölkələri və Mərkəzi Asiyadakı postsovet respublikaları üzərində plan qurulur. Düşünürəm ki, bu da uğur qazanacaq, çünki pul möcüzələr yaradır. Bu alət Vaşinqtonda uğurla istifadə olunur”.

Amerikalı siyasətçi əlavə edib ki, ABŞ xarici siyasətinin əsas prioriteti Rusiyanı məhv etməkdir.

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti