“Lavrovun  Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər”.

 Bunu Axar.az-a açıqlamasındaAzərbaycanın Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moskvanın Qərbin sanksiyalarına qarşılıq olaraq yağdırdığı təhdidləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın vəziyyətinin kritik olduğunu çox yaxşı bilir:

“Buna görə də Qərb addım-addım NATO-nun Rusiya ətrafında güclərini artırır, təşkilata üzv ölkələri gücləndirir. Buraya Baltikyanı və Şərqi Avropa ölkələri daxildir. Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq təhdidlərində növbəti dəfə güc tətbiq etməsi və hansısa təxribata əl atması qeyri-mümkündür. Xüsusən də Qafqazda. Çünki Moskva çox yaxşı başa düşür ki, belə bir addım onu xilas etməyəcək. Eyni zamanda Rusiyanın resurs ehtiyatının qarşılanmasında Qafqazın rolu böyükdür. Bu baxımdan da Rusiyanın hansısa təhdid xarakterli mesajı elə təhdid olaraq da qalacaq.  Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər. Ancaq Qərb bütün bunları ilk gündən nəzərdə tutub və Rusiyanın təhlükəli nüvə dövləti olduğunu da çox gözəl bilir. Rusiyanın Qərbin Ukraynanın işğalını tanıması arzusu ürəyində qalacaq. Qərb isə bununla heç vaxt barışmayacaq. Əvvəla, Ukrayna bununla heç vaxt barışmayacaq. Bu, ona görə mümkün deyil ki, bir milyonluq çeçenlə bacara bilməyən Rusiya indi onlara tam müstəqillik verib və əvəzində də Kadırov özünü  Putinin əsgəri hesab edir. Əgər vaxtilə Kadırova verilən ixtiyar Cövhər Dudayeva verilsəydi, heç bir müharibəyə ehtiyac qalmazdı. İndi Çeçenistanla bacarmayan Rusiya 50 milyonluq Ukrayna ilə necə bacaracaq? Ukraynanın arxasında Qərb çox möhkəm dayanıb. Əgər lazım gələrsə, Qərb Kiyevi ən müasir silahlarla da təmin edə bilər”. 

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti