Anar Məmmədov

 Son illər Azərbaycanda intihar hallarının sayı artıb. Demək olar ki, qulağımız hər gün intihar sözlərini eşitməyə bir növ adət edib. Ona görə də əksəriyyətimiz bu xəbərləri yalnız bir anlıq təəccüblə qarşılayırıq. Amma çox zaman biz bu intiharların nə səbəbdən baş verdiyini bilmirik.

Araşdırmalar sübut edir ki, sosial problemlər, qayğılar və bu qayğılardan doğan stress halları sonucda intihara səbəb olur. Xüsusilə, indiki zamanda çoxlarının banklara kredit borcunun olduğunu, sosial problemlərdən əziyyət çəkdiyini nəzərə alsaq, intiharların səbəbləri barədə aydın təsəvvürlərimiz yarana bilər.

Ümumiyyətlə, intihar sosial hadisədir. Şəxsin özünü öldürməsi spesifik bir cinayətdir və sosial xarakter daşıyır. Bu şəxsin ağır psixoloji durumu nəticəsində baş verir. Şəxsin düşdüyü maddi və psixoloji vəziyyət və həyatında yaranan digər problemlər onun özünü öldürməyə gətirib çıxarər. Hər bir intihar hadisəsinin köklərini araşdırmaq lazımdır.

Bir tərəfdə dəbdəbəli həyat tərzi sürən, heç bir maddi problemi olmayan, sosial qayğılardan əziyyət çəkməyən şəxslər nümunə kimi cəmiyyətə təqdim edilir. Telekanallarda onlar təbliğ edilirlər. Müğənnilər, dövlət məmurları, biznesmenlərin həyat tərzi ilə səravi vətəndaşların yaşamları arasında olan uyğunsuzluq, uçurum sonda ikincilərin dərin psixoloji sarsıntı keçirməsinə səbəb olur. Bütün bunlar psixikaya təsir göstərir ki, sonucda da xoşagəlməz hallarla qarşılaşırıq. Bu gün Azərbaycanda çox təəssüf ki, insanların psixoloqlara müraciət etməsi təsadüfi hallarda baş verir. Qədimdə azərbaycanlılar icma şəklində yaşayan bir xalq olub. Hər hansı bir dərdi olan insan dərdlərini böyükləri ilə bölüşərdilər. Çox təəssüf ki, ölkəmizin Avropaya və dünyaya inteqrasiyasının mənfi təzahürləri bizim həyat tərzimizə təsir edir. Bunlardan biri də Azərbaycanda mövcud olan adət-ənənələrin, düşüncə tərzinin dəyişməsidir. İcma, ailə və böyük məsləhəti halında yaşam həyat tərzinin dəyişməsidir. Digər ölkələrdə insanların psixi durumunda ağır problemlər yarananda dərhal psixoloqa müraciət edirlər, dərdlərini söyləyirlər. Bu baxımdan bizdə psixoloji xidmətlər çox aşağı səviyyədə təşkil olunub. Azərbaycanda mövcüd şəraitdə yaşamaq, ilk psoxoloji gərginliyə sonra intihara yol açır.

Araşdırmalar göstərir ki, intihar hallarına müxtəlif yaşlarda olan insanlar arasında rast gəlinir. İntiharları sosial problemlərdən əziyyət çəkən insanların yaşadığı depressiyanın zirvəsi kimi də qiymətləndirmək olar. Uzun müddət tənhalığa, ümidsizliyə qapılan və ümidini nəyəsə bağlayan insanın gözləntiləri reallaşmadıqda, maddi durumu düzəlmədikdə, dövlət qurumları onların müraciətlərinə düzgün baxmadıqda çıxış yolu kimi intihara əl atır.
Müasir zamanda depressiya əsrimizin bəlalarından biri kimi qələmə verilir. Bizdə intiharın səbəbləri arasında sosial, işsizlik və sair problemlər xüsusi aktuallıq kəsb edir. Amma intihara gətirib çıxaran səbəblər arasında qeyri-sosial məsələlər də var.

Hökumət intihar hallarına qarşı samballı mübarizə aparmaq istəyirsə əhalinin sosial durumunun yaxşılaşması istiqamətində ciddi işlər görməli, yeni iş yerləri açmalıdır. İş tapa bilməyən, aldığı maaş, pensiya aylıq xərclərini ödəməyən insanlara dövlət əlavə dəstək göstərməlidir. Əks təqdirdə biz gələcəkdə daha ciddi problemlərin şahidi olacağıq.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

13 İyun 2016 “YAZIÇI” SÖZÜ QAN TURALIDAN BEZİB

Xəbər lenti