|
Anar Əsədli
Demokratik quruluş bütün millətlərin xilasıdır. Heç bir zaman dövlət cevrilişinə haqq qazandırmaq olmaz. Bütün dövlət çevrilişləri bu və ya digər şəkildə qana, diktaturaya aparır.
Əlbəttə, seçilmiş legitim hakimiyyətin devrilməsi demokratiyaya xəyanət kimi qəbul edilməlidir. Bəs dünən o müdhiş gecə Türkiyədə nə baş verdi? Necə oldu ki, bir neçə saatın içində ölkə qarışdı, hərbi çevriliş baş verdi və düz başlanğıc nöqtəsi ölkənin başkəndi oldu?
Gerçəkdən inanmaq olmur ki, Ərdoğan hökuməti başkənd Ankarada baş verə biləcək hadisələrə bu qədər hazırlıqsız ola bilərdi. Ölkə qarışır, amma ölkə rəhbərliyi bir müddət səssiz qalır, sonra birdən ortaya çıxır, xalqı meydanlara cağırır. Bir neçə saatın içində isə "demokratiya qurtulur", insanlar “demokratiyanın yanındayıq” deyib meydanlara axışır.
Bəs gerçək necə idi? Həqiqətənmi, demokratiya və seçki hüququnu qorudu türk vətəndaşı?
Elədisə, o zaman niyə korrupsiya olayında meydanlara axışıb “qanuni hökumətin adı rüşvətə qarışıbsa, mütləq istefa verməlidir” demədi? Niyə dünən “kimin silahını kimə çevirirsən” bağıran o kütlə, onda “kimin pulunu kimdən gizlədirsən” deyə soruşmadı? Niyə Gəzi parkı olaylarında silah xalqa qarşı çevriləndə sorulmadı o sual?
Amma dünən Türk əsgərindən hesab soruldu. Molla qırıntısı və çürüntüsü tərəfindən Türk əsgəri alçadıldı, təhqir olundu.
O əsgər ki illərdir, terrora qarşı canını sipər edib.
O əsgər ki illərdir, Türkiyənin parçalanmasını arzulayan dövlətlərin qorxulu röyasına çevrilib.
O əsgər ki illərdir, Türkiyə dövlətini ideoloji olaraq çökdürmək istəyən sovetlərin və indi rusların çəkindiyi olub.
Bax, həmin Turk əsgərini, Atatürkün əsgərini təhqir etdilər.
Bunun bir siyasi oyun olduğu başından bəlli idi. Bu millətə bu oyunu oynayanlar, elə “demokratiyanın yanındayıq”, deyib küçələrə axışanların sıralarından 200 can aldılar. Milləti ələ saldılar. Qardaşı qardaşa qarşı qoydular. Heç kim qalxıb bizə nağıl danışmasın. Bu, elə bir prinsipial məsələdir ki, nəinki facebook-da, real həyatda belə çoxunu dostluqdan silərəm mən.
Ya siz cahilsiniz - ki, ən yaxşı halda cahil olmanızı istərdim, o zaman dostluğumuza toxunmaram - ya da şərəfsiz olmalısınız ki, bu oyuna demokratiya donu geyindirəsiniz.
İstər əsgəri, istər polisi həlak olursa, gedən can bu millətdən gedir. Bu toplumu bu qədər cahil və oyuncaq duruma gətirdiniz. Nə bilim fetosu, nə bilim amerikası kimi boş nağıllar uydurdunuz. Birincisi, Fetonun bir az gücü vardı, onu da məhv etdiniz zamanında, bu məsələ belə bitdi. İkincisi, Türkiyənin son illər sayənizdə qazandığı düşmənlərini siz də yaxşı tanıyırsınız və ona görə də bütün tədbirləri artıq çoxdan görmüsünüz.
Deyirlər, məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur. Ərdoğan bu prinsipə qətiyyən sərhəd qoymur. Seçkiyə getdi, səs ala bilmədi, terror oldu paytaxtda...
Bir müddət keçdi, prezident üsul- idarəsinə keçmək istədi (təkhakimiyyətlilik sultanlığa aparan yoldur), gördü ki, cəmiyyət etiraz edə bilər, o dəqiqə bu məkrli dərbə oyununu ortaya atdı. Guya demokratiya təhlükə altındadı.
Nə vaxtdan demokratiyanın meyarı Ərdoğan şəxsiyyəti ilə ölçülüb?
Nə vaxtdan demokratiyanın müdafiəsi “allahu-əkbər” bağırtısı olub?
Nə vaxtdan “allahu-əkbər” deyib türk əsgərini alçaltmaq, döymək demokratiyanın müdafiə xətti elan olunub?
Bu, ən böyuk təhqirdi Türk millətinə.
Bir çoxları Çanakkalada da “allahu-əkbər” sədaları var idi” deyirlər. Çanakkala savaşı vətən və şərəf savaşı idi, ləyaqətsiz tamaşa deyildi. Türk əsgərinə qarşı çevrilmiş məkrli oyun deyildi.
Ayıbdır, ləyaqətiniz olsun, bu şərəfsizliyi Çanakkala savaşı ilə müqayisə eləməyin.