Elşən İsmayıl

Tarixdə çox az şəxsiyyətlər var ki, onlar yalnız yaşadığı dövrdə deyil, ölümündən sonra da yaşayırlar. Və necə yaşayırlar, xalqın ürəyində, düşüncəsində, arzularında yaşayırlar. Onu yalnız bir insan deyil, həm də xilaskar, həm qurucu, həm də ilahi bir qüvvə kimi xatırlayırlar. O insanlardan biri də 20-ci əsrin axırlarına doğru bizlərə - Azərbaycan Türklərinə sanki Tanrı tərəfindən “endirilmiş”, sadə, olduqca səmimi insan, vicdanlı rəhbər, unudulmaz lider Əbülfəz Elçibəydir.

Elçibəy fəaliyyətə başladığı andan ta vəfatına qədər sadəcə bir xilaskar deyil, eyni zamanda xalqı üçün yeni bir çağın başlanğıcını qoyan dahi şəxsiyyət idi. Onun hər arzusunda, hər düşüncəsində, hər xəyalında 3 şey vardı; dövlətimizin müstəqilliyi, xalqımızın rifahı və vətənimizin bütövlüyü. Bu üç arzu onu daima gücləndirir, hər cür əziyyətə dözdürür və əzmkar edirdi.

Səhərlər yuxudan oyananda, gecələr başını yatığa qoyanda da Elçibəyin ürəyində bir narahatçılıq var idi, o da vətənin azad və daha firavan olması. Sırf buna görə o başqaları kimi şəxsi mənafeyini düşünmədi. Həyatında bir çox önəmli şeylərin üstündən xətt çəkib özünü, varlığını, hətta ruhunu belə vətəninə, canından çox sevdiyi millətinə həsr elədi.

Elçibəy istəyirdi ki, 70 il kommunist-sovet rejiminin əsarətində olan xalq azad olsun, millət oyansın, öz müqəddəratını özü həll etməyi bacarsın, özünü tanısın, milli kimliyini dərk eləsin, tarixini öyrənsin, keçmişini unutmasın, gələcəyə ümidlə baxsın, inkişaf eləsin, varlansın, güclənsin, dünyada nüfuza sahib olsun, millətlər arasında seçilsin. İstəyirdi ki, dünyada öz imzası olsun əsrlərin yenilməz milləti Türklərin. Və bütün həyatı boyu bu barədə düşündü, bu haqda planlar cızdı, təşkilatlar qurdu, aksiyalar həyata keçirdi.

Tarix boyu bizə qul, kölə olan millətlərin indiki hegemoniyasından çox narahat olurdu, o. Varımızı, yoxumuzu müxtəlif bəhanələrlə talayan, bizi mənasız, boş mövzularla aldadan bədxah qonşularımızın dərin siyasətini anlayır, onlarla mübarizə yollarını axtarırdı, Elçibəy. Və bütün bunları düşünürkən, planlaşdırırkən bir dəfə də olsun özünü düşünməmişdi, şəxsi mənafeyini güdməmişdi. Çünki nə qədər böyük səslənsə də Elçibəy bəlkə də peyğəmbər kimi müqəddəs insan idi. Tanrının ədalətini, Tanrı sevgisini yetərincə mənimsəmiş, bütün varlığıyla ona bağlanmış bir Sufitək ali şəxsiyyət idi, Dərviştək Ruhani, ilahi varlıq idi. Və təsadüfi deyil ki, onun nəsil şəcərəsi Səfəvilərə dayanırdı - Tariximizin, varlığımızın özəyinə.

Bütün duyğularını, hətta insani hislərini belə vətən sevgisi əvəzləmişdi onun. Arzularında daima Bütöv Azərbaycan vardı böyük öndərin. Bəlkə də buna görədir ki hakimiyyətdən getdikdən sonra belə sınmadı, ruhdan düşmədi, fəaliyyətini əzmlə davam etdirdi. Çünki onun istəyində hakimiyyət yox idi. Öncə respublikamızın müstəqilliyini arzuladı və gerçəkləşdirdi, sonra isə vətənin bütövlüyü uğrunda mübarizəyə başladı. Çox təəssüflər olsun ki zalım fələk böyük öndərə imkan vermədi yolunu davam etsin. Amma sonuçta bizlərə - gələcək nəsillərə o hər şeydən müqəddəs ideyanı, missiyanı miras qoydu.

Bizlər isə - onun davamçıları olduğunu iddia edənlər daima onu araşdırmalı, əsərlərini, fikirlərini öyrənməli, prinsiplərini özümüzə həyat prinsi olaraq nitələndirməliyik. Onun istəklərini gerçəkləşdirmək, arzularını reallığa çevirmək öz əlimizdədir, bəli bizim əlimizdə. Çünki ümummilli birliyimizin simgəsi olan Elçibəy bizim üçün çətin, zorlu olan hər sınaqdan keçmiş, bütün əngəlləri əzmlə aşmış, bütün müşkülləri həll etmişdir. Biz və  gələcək çox asan bir mübarizə yolu qalmışdır. Çətin olan dövlətimizin istiqlaliyyəti idi ki, yenə də deyirəm onu Elçibəy gerçəkləşdirdi. Bundan sonra öhdəmizə düşən isə dövlətimizin ərazi bütövlüyünü və millətimizin həmrəyliyini qorumaq, xalqımızı ümummilli birliyə daha çox bağlamaq, vətənimizin bütövlüyünə hər sahədə çalışmaq və parçalanmış yurdlarımızı birləşdirərək Bütöv Azərbaycanı gerçəkləşdirməkdir. Bu qutlu yolda isə Elçibəy ruhuna sadiq qalmaq, işlərimizi vicdanla, ədalətlə, haqla görmək, milli arzularımızı demokratik prinsiplər əsasında gerçəkləşdirməliyik. Çünki Elçibəyin uğrunda həyatını fəda etdiyi bizlər ən azından ona etdiklərinə görə borcluyuq...

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

13 İyun 2016 “YAZIÇI” SÖZÜ QAN TURALIDAN BEZİB

Xəbər lenti