Səxavət Tağlar

─Siyasət gözün aydın!..

─Qız tapmısan, nədi ay Zalı.

─Ə, nə qız… işsiz-gücsüz adamıq, evlənmək vaxtıdır?

─Bəs onda nə göz aydınlığıdı?

─Ə,bəri gəl e… bəri…

   Siyasət qonşusu Zalıya yaxınlaşır, Zalı sevincini onunla bölüşür:

─Qonşu kəndlə bizim kəndin arasında hərbi hissə üçün yer ayrılıb. Tikinti gedəcək.

─Kim dedi?

─Kim dedi nədi… Orada qoyun otarırdım, gözlərimlə gördüm, ölçü-biçi aparırlar. Yaxınlaşdım əlində aparat olan birinə, məndən soruşdu ki, bu kəndlərdə bənna, qaynaqçı, elektirik varmı?!...

─Ə Zalı, bir dayan görüm. Bəs sən nə dedin?

─Siyasət, dedim ki, elə biz hamımız bənna, qaynaqçı, elektirik deyilikmi… Əclaf güldü. Döşümdə qoyunları görüb “Çobandan nə bənna, nə qaynaqçı…” dedi.

   Zalı ilə Siyasət on ilə yaxın olar ki, orta məktəbi bitiriblər. Zalı fiziki cəhətdən gümrah olduğundan tikintidə işləyib. İş düz gəlməyəndə qoyuna da gedib. Elə indi qonşu kənddə bir imkanlı adamın fermasında çobandır. Vaxtlı-vaxtında aylığını alır,  üstəlik atasından qalma beş-altı baş davarını  da becərdiyi qoyunların içində saxlayır. Dolanışıq-zad yaxşı olsa da, düşəndə fəhləlik də eləyir. Siyasətə gəlincə isə. Ömründə bir dəfə də olsun onun iş yeri olmayıb. Fiziki zəiflik kənd-kəsəyin enerji tələb edən ağır işlərindən kənarda qoyub onu. Yalnız indi sinif yoldaşı Zalının “…hərbi hissə üçün yer ayrılıb. Tikinti tikləcək.” sözlərindən sonra işləmək sevdasına düşüb. Fikirini də ona deyib.

    Aralarında olan söhbətdən iki həftə keçmişdi. Bahar fəsli idi. Ağacların tumurcuqları göz oxşayırdı. Ərik ağacları isə qabağa gedərək çiçəkdəydi. Siyasət çiçəkdən-çiçəyə qonan kəpənəkləri müşahidə edərək düşünürdü: “Bu il meyvə bol olacaq” Onların ailəsi həyətyanı sahədən əldə etdikləri mer-meyvəni satmaqla dolanır.  Mobil telefonuna gələn zəng onu düşüncələrdən ayırdı.

─Bəli!

─Qonşu, mənəm  Zalı.

─Eşidirəm ay qardaş. Tikintidən nə xəbər?

─Siyasət,  burada işlər yaxşıdır. Mən işə düzəldim. Bənnayam. Hasar hörürük.

─Mənim işimi danışdın?

─Danışdım e... dedilər gəlsin görək nə iş bacarır.

─Hə....hə.... onda özüm gələrəm.

   Səhərisi gün Siyasət fürsəti fötə vermədən hərbi hissə üçün tikintisi yenicə başlamış obyektə yollandı.  Əvvəl-əvvəl dostu, sinif yoldaşı Zalını tapdı. Birlikdə tikintiyə rəhbərlik edən MMC  rəisinin vaqondan ibarət otağına daxil oldular. Zalı:

─Sizə dediyim oğlan budur, Siyasət!

   Rəis:

─Əyləşin, əyləşin-dedi.

   Stul çəkib oturdular. Rəis üzünü onlara tutub:

─Eşidirəm- dedi.

   Zalı yenə təkrarladı:

─Sizə dediyim oğlandı, Siyasət!

─Lap yaxşı. Siyasət desin görək, nə iş bacarır?

─Hörgü, şkatur...

    MMC rəisi şəxsi işini hazırlayıb kadırlar şöbəsinə təqdim etməyi tapşırdı. Otaqdan çıxdılar. Siyasət kəndlərinə qayıtdı.  Sənədlərini səliqə ilə toplayıb bir qovluqa yığdı və səhərisi tikinti obyektinə gəldi. Kadrlar şöbəsinə müraciət etdi. Şöbə müdüri Məlahət xanım Siyasətin sənədlərini qaydaya sala-sala onu gözucu süzdü və:

─Ərizəndə bacardığın işi göstər-dedi.

    Siyasət baş üstə deyib, ərizəsini dəyişməyə başladı. Amma hiss etdi ki, şöbə müdirinin ondan ağılı bir şey kəsmir.

   Məlahət xanımın:

 ─Siyasət bəy, attestat qiymətlərinin hamısı üçdür – deməsi, Siyasətin hissiyyatda yanılmadığını bir daha təsdiqlədi. Və odur ki:

─Ay xanım!  Başına dönüm,  elə mən də sizdən üçlük iş istəyirəm də... deyə, ona cavab verdi.

      Kadrlar şöbəsinin müdiri Məlahət xanım güldü və bir neçə müqavilə öhdəliklərinə imza etdirdikdən sonra Siyasətin sabahdan işə çıxmasını tapşırdı.

    Aradan günlər, həftələr ötmüşdü, Siyasət isə “üçlük iş” inə görə Məlahət xanımdan bir neçə beş almışdı. Və hər gecə işə getmək həvəsilə səhərin açılmasını  gözləyirdi.

                               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti