Aqil Camal

Son günlər Bakının Nardaran qəsəbəsində yaşanan olaylardan hər kəs detallı xəbərdardır. O üzdən təfərrüata varmaq istəmirəm. Ancaq Azərbaycanda, paytaxt Bakıda zaman-zaman özünü göstərən “Nardaran problemi” haqqında bir neçə mətləbə toxunmağı gərəkli sayıram.

2002-ci ilin yayında Nardaranda kütləvi iğtişaş baş verən zaman jurnalist kimi qəsəbədə olmuşdum və bu qəsəbənin, onun sakinlərinin özünəməxsusluğunu əyani görmüşdüm. Azərbaycan içində bir fərqli panoram, fərqli yaşam tərzi… Çox şey fərqli idi. Və bu gün o qəsəbədə çəkilmiş şəkillərdə, videolarda həmin fərqliliyin necə qorunub saxlandığına şahid olursan.

Bəli, Azərbaycanın milli, mədəni, etnik palitrası çox zəngindir. Amma eyni zamanda, Azərbaycanda milliyyətindən, dinindən, məzhəbindən, sosial mənsubiyyətindən asılı olmayaraq insanlar bir-birilə psixoloji ayrı-seçkilik hiss etmədən ünsiyyət qururlar, qaynayıb-qarışırlar, qohumlaşırlar, doğmalaşırlar.

Dünyaya örnək göstəriləsi bu atmosferdə bəs nədən Nardaran sindromu yaşanır, periodik olaraq boy verir, özünü göstərir, cəmiyyətdə narahatlıq yaradır? Nədir Nardaran yovuşmazlığının sirri, səbəbi?  

Sosial-iqtisadi amilmi?

Azərbaycanın başqa yerləri ilə müqayisədə Nardarana yad münasibətin göstərilməsi haqqında ciddi bir dəlil-sübut varmı? Son illərdə ölkədə aparılan yenidənqurmadan, infrastruktur layihələrindən Nardaran qəsəbəsi də öz nəsibini alıb. Az olub, çox olub, bu, başqa mövzudur. Əsas odur ki, Nardaranla Mərdəkana, Şüvəlana, Novxanıya fərq qoyulmayıb.  

Dini, məzhəbi yöndən hər hansı bir basqı, təqib-təzyiq varmı?  

Nardaran Azərbaycanda aşırı dini həyat tərzinin hökm sürdüyü məkan kimi göstərilə biləcək ilk ünvandır. 7-dən 77-dək, qadınlı-kişili, özünəməxsus bir teokratik cəmiyyət formalaşdırıb bu toplum. Və modern Bakının bir ucunda heç bir sıxıntı keçirmədən öz dini yaşamlarını sürdürürlər.  

Bəs Nardaran niyə Azərbaycana yovuşa bilmir?  

Nədir yovuşmazlığının sirri? Yaxud, bu özünütəcrid nə zamana qədər davam edə bilər? Axı, gerçəyi birdəfəlik qəbul etmək lazımdır. Nardaranın yerləşdiyi coğrafi mövqe Azərbaycan paytaxtının sınırları daxilindədir. Nardaranın hansısa xarici dövlətlə sərhədi yoxdur. Nardaranın əhalisi də say baxımından özünü ölkə cəmiyyətindən təcrid edib ayrıca yaşamaq perspektivininə malik deyil. Belə olduğu halda, nəyə nail olmaq istənilir? Demək ki, "Nardaranın tələbi" dibsiz quyuya daş atmaqdır. Məqsədsizlikdir. Perspektivsizlikdir.  Etiraz da etmək olar, qanuni və ya qanunsuz aksiya da keçirilə bilər. Amma bunu Azərbaycan cəmiyyətindən, xalqından özünü fərqləndirib, ayrı tutub etməyin heç bir mənası, mahiyyəti yoxdur. Ona görə də, nə qədər gec deyil, kor inadkarlıqdan, tələbbazlıqdan, özünütəcriddən əl götürülməlidir. Həm də birdəfəlik...

P.S. Nardaran mövzusunda  edilən çağırışlarda və bəyanatlarda bütövlükdə qəsəbə əhlinin ünvan seçilməsi yanlışdır. Həmçinin, kommunal borclara görə ümumi cəza tədbirləri yolverilməzdir. Hər bir şəxsin məsuliyyəti fərdidir: İstər, cinayət olsun, istərsə kommunal xidmətə görə borc.        

Modern.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti