|
Daşqın Ağalarlı
Indicə Emin Millinin təqdimatında,həm də uzun-uzadı,pafoslu,amma vizual görüntdən başqa heç bir tarixi fakta,obyektiv araşdırmaya istinad etmədən bir təqdimatda Yalçın Nəsirovun "Kələki çıxmazı" adlı səbəbini müəyyən edə bilmədiyim bir nifrətdən doğan "yazı"sını oxudum...
Əvvəla başa düşmədiyim bir şey var,bunlar niyə məhz indi ağız-ağza verib bu "ara mahnıları"nı oxumağa başlayıblar?Elçibəyin dissidentliyini müzakirəyə çıxarmaq cəhdi kifayətdir ki,bu yazının bu "yazar"ların vətənpərvərlik və vətəndaşlıq niyyətlərindən doğan mövqe olmasına şübhə edəsən. Müəllif niyyətini izah etməyə çox uzaqlardan,xatirələrdən başlayır.Özü haqqında oxumuş və məlumatlı adam imicini formalaşdırandan sonra baslayır zəhərini tökməyə.Elçibəyin hakimiyyətə gəldiyi şəraiti,hakimiyyət dönəmini,etdiklərini,hazır proqramlarını...görmədən dərhal iyun ayına istinadən Elçibəyi düşmən kimi təqdim etmək cəhdi heç vaxt obyektiv münasibətin göstəricisi sayıla bilməz.1992-ci ilin mart ayı boyu Elçibəyin çıxişlarını,mövqeyini,tələblərini ötəri də olsa nəzərdən keçirən adam bu qədər haqsızlıq etməməlidir.1992-ci ilin may ayındakı vəziyyəti,dövlətin durumunu,cəbhə xəttindəki durumu,maliyyə durumunu...bilmədən və öyrənmədən bu qədər nifrətli epitetlər,cümlələr qurmaq olmaz...Əgər bu haqsızlıqlar edilirsə,bu nifrətli sözlər yazılırsa,həm də məhz indi,Elçibəyin vəfat ildönümündə ve seçkilər qabağı (sanki Elçibəy sağdır ve prezidentliyə namizəddir), heç kim məni muəllifin səmimiliyinə inandıra bilməz.Tənqid də,nifrət də səmimi olanda,faktlarla,eyni səmimiliklə fikirlərdə dyişiklik etmək olar,həqiqətin tapılmasını təmin etmək olar.Amma,əgər səmimi deyilsə,ha özünü öldür,adam deyəcək ki,"Sən nə çalırsan çal,mən "Heyvagülü" oynayacam".1993-cü ilin iyun ayında baş vermiş hadisələrdən sonra,hökümətin müəmmalı və biabirçı şəkildə məğubiyyətindən sonra Heydər Əliyevin Bakıya çağırılması fikrinə ən sonda qoşulan Elçibəy olub.Müharibə gedə-gedə vətəndaş qarşıdurması yaratmaq,ya da cəbhə xəttindən hakimiyyetin müdafiəsinə qüvvə cəlb etmək fikri Elçibəy kimi bir adam üçün qətiyyən məqbul variant deyildi.Bir qrup hökümət üzvü qiyamçıların əlində girov idi,hakimiyyətdə ruh düşkünlüyü var idi,qiyamçılarda isə ruh yüksəkliyi.Üstəlik özunun imkanlarından başqa Türkiyənin,Rusiyanın,İranın əhəmiyyətli dairələrinin dəstəyini ala bilmiş,qiyamçıları öz emissarları vasitəsilə idarə edə bilən H.Əliyev isə ölkənin qana bulamağa,istənilən qədər torpaq işğalına razı və hazır idi.Transmilli korporasiyaların anti-Elçibəy əhval-ruhiyyəsinə hakimiyyətin analoji situasiyalar üçün təcrübəsiz olmasını da əlavə etsək...Türkiyə dövlət başçısı S.Dəmirəlin "Haydarı Baküye davet et..." tövsiyyəsi (əslində basqısı) da göz önünə gətirilsə...Elçibəy nə etməli idi? Amma bu sualın cavabını az da olsa vicdanla ve səmimi olaraq axtaraq....
Məlum yazıda 1 illik hakimiyyətin heç bir başqa fəaliyyətinə qiymət verilmədiyinə görə,mən də başqa mövzulara toxunmadım. Və ümumiyyətlə bu tip qərəzli yazılara çox da diqqət yetirməyin tərəfdarı deyiləm.Çünki,bu halda qərəz niyyətinə qovuşur...