Odər Sərdar

Və bundan doğan problemlər

Hər şey adıyla bilinər, adıyla anılar.  Bizi əhatə edən canlı-cansız bütün varlıqlar həyatdakı özəlliklərinə, yerinə yetirdikləri funksiyalarına uyğun olaraq adlanır. 

Ad, verildiyi obyektə xüsusiyyət, keyfiyyət yükləyir və ona necə yanaşmağımızı, ondan necə istifadə edəcəyimizi və onun nə üçün mövcud olduğunu bəlirləyir. Ad, əşyalara, insanlara xüsusiyyət, keyfiyyət, anlam yüklədiyi kimi, millətlərə də özünəməxsus keyfiyyət, xüsusiyyət yükləyir. Bu gün dünyada mövcud olan millətlərin adları ya onlara qonşularında yaşayan millətlər tərəfindən onların keyfiyyət fərqliliklərinə; bəlirli bir həyat tərzinə, mədəniyyətinə görə, ya da elə özləri tərəfindən özlərini necə ifadə etdiklərinə uyğun olaraq verilir. Milləti millət edən onun adıdır. Millət daşıdığı adla tarix boyu keçdiyi doğru və ya yanlış yolu, yaratdığı və ya məhv etdiyi mədəniyyəti, haqsız və ya haqlı savaşını, yaşam tərzini, əxlaq kodeksini, xislətini, xüsusiyyətini, ailə modelini, dövlətçiliyini, yayıldığı ərazini, genetik yapısını ifadə edir. 

Ad fərdə və topluma necə, nə üçün, nə məqsədlə yaşamağı xatırladır, onun üçün bəlirli sərhədlər çizir. 

Ad özündə xüsusiyyət, keyfiyyət, fərqlilik daşımalıdır ki, topluma və onun fərdinə də bəlli xislət, xüsusiyyət, keyfiyyət yaratsın, özünü tanıtsın. 

Ad hər şeydən əvvəl fərdlərə və onlardan yaranan cəmiyyətə özünü dərk etdirir, tanıdır. Özünüdərklə cəmiyyət böyük olur. Konkret olaraq daşıdığı mədəniyyəti, məxsus olduğu gücü anlayır. Özünün böyük olduğunu dərk edir, hədəflərini bilir. Biz Azərbaycan türkləri öz adımızla adlandırılmadığımız üçün böyük türk mədəniyyətindən, tarixindən, böyük türk törəsindən uzaq düşmüşük. Adımızı itiridiyimiz üçün onun daşıdığı özəllikləri də itirmişik. Doğrudur, Azərbaycan türkləri hər nə qədər ümum ürk millətinin bəlkə də heç bir digər türk toplumunda olmayan istər linqvistik baxımından, istərsə də mədəni baxımından hansısa özəlliyini daşısa da, bu dəyərlər pərakəndədir. 

Bizim məmləkətdə gözlə görünən millətçi kəsimdən başqa qalan türk əhali (təhsillisi və təhsilsizi) mənsub olduğu millətin adını dəqiqliyi ilə bilmir. Kimisi özünə azəri deyir, kimisi azərbaycanlı deyir, kimisi azəri türkü deyir, kimisi oğuz millətiyik deyir və s. Boy adını, yer adını, tayfa adını millət adı sananlar Azərbaycan türklərinin 70 %-i təşkil edir. Bəlkə də daha çox...  

Bir çox insanımız üçün isə millət adının heç bir önəmi yoxdur. Şükürlər olsun ki, Azərbaycan da millətçi kəsim var. Ona görə şükür oxuyuram ki, milləti yaradan millətçilikdir. Millətçilik olmasa millət məhv olar və məqsədi, hədəfi olmayan, düşmənini, dostunu doğru tanımayan əzik bir topluma dönüşər. Millətimizin özünü tanımamasının, dərk etməməsinin əsas səbəbi şəxsiyyət vəsiqələrimizdə, doğum şəhadətnamələrimizdə mənsub olduğumuz millətin adının yazılmaması və düzgün qeyd edilməməsidir. Bizi zəif qılan, aciz edən şey özümüzü tanımamağımızdır. Bizim adımızı dəyişməklə bizi minillikləri aşan mədəniyyətimizdən, dövlətçilik ənənəmizdın, bəlirli bir törəyə sahib həyat tərzimizdən aralı salıblar. Bizə özümüzə dönməyimizə icazə vermirlər. Bilirlər ki, biz türklər özümüzə dönəndə çox böyük oluruq. Nə qədər ki, məmləkətimizdə öz adımızı doğru bilmirik, özümüz olmuruqsa o vaxta qədər millət yox tayfa xislətində olacağıq. Həm də biri-birinə qənim kəsilmiş tayfa xislətində... Millət iradəsi, millət əzmi göstərmək üçün Adımız doğru olmalıdır. Azərbaycanda hər millət öz adı ilə anılmalıdır və hər yerdə belə yazılmalıdır. Bu heç də ayrıseçkilik yaratmaz. Bu vətən bir xalıdırsa o ayrılıq, seçkilik sayılma ehtimalı olanların hamısı bu xalının bir naxışıdır, gülüdür. Biz öz rənglərimizlə gözəlik, bütünük.  Zatən hər kəsə “azərbaycanlı” deməklə və yazmaqla hansısa talış, ləzgi yurddaşımız özünə millət adı olaraq “azərbaycanlı” adını aid etmir. Ən sadə, kənd yerində yaşayan bir talış və ya ləzgi yurddaşımızdan sorsan ki, millətin nədir? Deyəcək, talış və ya ləzgi. Bir türkdən soruşsan, ya deyəcək müsəlmanam, ya da deyəcək “azərbaycanlıyam”. Baxın, o “azərbaycanlıyam” deyənlər ümumi Azərbaycan əhalisinin 70-80 % təşkil edir. Hansı ki, millət xisləti, keyfiyyəti ortaya qoymağı bacarmayanlar. Təbii, bunların içərisində istisna olan millətçi kəsim qaydaları pozmur. Ümumi toplumun qabında bir şey olsun ki, kəsim də nəsə edə bilsin...  

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti