Orxan Cəbrayıl

Bəziləri var anlamırlar.Anlamazlar da... O qədər manqurtlaşıblar ki,anlayacaq halda deyillər.
Zatən sözümüz onlara deyil...
Sözümüz,qayət yaxşı anladıqları halda özlərini anlamamazlığa vuraraq,Azərbaycanlı türk ilə Türkiyəli türk arasında heç bir fərqin olmadığı kerçəyini qəbul etməyənlərədir...
Əslində çoxlarına deyiləcək sözümüz var...
"İslamda millətçilik yox,ümmətçilik var,bütün möminlər qardaşdır" deyərək sünni türkə düşmən,şiə farsa qardaş deyən məzhəbçilərdən tutmuş,özlərini "neokommunist","ekosossialist" adlandırıb utanmadan "facebook" səhifələrinə Stalinin fotosunu qoyan Sovetdən qalma qır-qırıntılara,qərbdən əsən küləyin yeliylə havalanıb,türkçülüyə nifrət bəsləyərək kim olduqlarını unutmuş qərbpərəstlərə,"Azərbaycanda tükçülük etməyin bizə qarşı haqsızlıq olduğunu" əldə bayraq edib səhərdən-axşama qədər etnik millətçilik edərək türkə düşmən kəsilənlərə,PKK bayrağını profil,Azərbaycan bayrağını örtük şəkili qoyaraq,çirkin əməllərini bayrağımızla ört-basdır etməyə çalışanlara,Türkiyədə baş verən terror hadisələrini qınayarkən bizlərə kinayə ilə "Türkpərəstçilik edən azərbaycanlılar" deyərək ,terrorçubaşı Ocalana sitayiş etməklə ona-buna züy tutanlara qədər...

Onların da zamanı gələcək...
Ancaq bu dəfə sözümüz,"Azərbaycanlıların yersiz türkçülüyü" başlığı ilə məqalə yazaraq,"azərbaycanlısansa türk deyilsən" fərziyyəsini irəli sürənlərə,məqalə yazmağı öyrənib də kim olduqlarını öyrənməyənlərədir...
Məqalənin başlığında "azərbaycanlı" və "Türkçülük" sözlərindən istifadə edən yazar,gərəkdir ki,öncə mahiyyətini anlamaq üçün "Türkçülük" və "azərbaycanlı" sözləri haqqında kiçik bir araşdırma aparaydı.Ən azından Türkçülüyün Türkiyəçilik olmadığını,"azərbaycanlı" olmağın isə türk olmamaq anlamına gəlmədiyini öyrənər və məqaləsinə belə yersiz bir başlıq qoymazdı.
Adından da bəlli olduğu kimi,məqalə Azərbaycan və Türkiyə münasibətlərinin əleyhinə,antitürkçülük ruhunda yazılıb.Müəllif Türkiyənin bizə münasibətini sonsuz ailələrin övladlığa götürdüyü uşağa münasibətinə (övladlığa uşaq götürən sonsuz insanlara qarşı böyük bir sayqısızlıq etməklə) bənzətmiş,bütün qüvvəsi ilə bizim onlara altdan yuxarı,onların bizə yuxarıdan aşağı baxdığını,bizim onlara hörmət bəsləyərkən onların bizi aşağıladığını isbat etməyə çalışaraq bir neçə "nümunə" də göstərmişdi.

Məqaləni oxuyarkən mən də belə bir təəssürat yarandı ki,sanki müəllifin qarşısına Türkiyə ilə Azərbaycanın arasını vurmaq məqsədi qoyublar.Bütün çabası ilə axtarışlar apararaq nə az nə çox düz 5 il öncə futbolçu Sərgən Yalçının hansısa müsahibəsindən nümunə göstərərək sevincək uşaq kimi "Baxın onlar bizi aşağılayır" demək istəmişdir.
Bizdə də belə nümunələr az deyil.Nadir Qafarzadə də qısqanclıqla Türkiyə haqqında xoş olmayan fikirlər səsləndirmişdi.Nə vaxtdan Nadirin Türkiyəyə qarşı mənfi münasibətdə olması bizim hamımızın mənfi münasibətdə olduğumuz anlamına gəlib ki,Sərgənin münasibətini Türkiyə türklərin Azərbaycana qarşı mənfi münasibəti kimi qəbul edək?!
Müəllif tənbəllik eləməyib,interneti ələk-vələk etdikdən sonra Enur Hüseynovun "O səs Türkiyə" yarışmasında qalib gəldikdən sonra,"Radikal" qəzetində Elnur haqqında yazılmış köşə yazısını tapmış,bir Azərbaycan türkünün yarışmada qalib gəlməsini həzm edə bilməyən hansısa səfeh bir yazarın fikirlərini yersiz bir nümunə kimi,yenə də bütün Türkiyə türklərinin bizə qarşı mənfi münasibəti kimi təqdim etmişdir...
Ancaq nədəndirsə SMS-lər göndərməklə Elnuru qalib edən milyonlarla insanın sevgi və sayqısını yox saymışdır.

Söz yox ki,Türkiyədə heç də hər kəs bizim qara gözümüzə,qara qaşımıza aşiq deyil.Bizi sevməyənlər hətda nifrət edənlər də yetərincə çoxdur.Türkiyə də Azərbaycan kimi müxtəlif xalqların yaşadığı polietnik bir ölkədir.Bizdə olduğu kimi Türkiyənin özündə də türklərə nifrət bəsləyən çox sayda insanların varlığı hər kəsə bəllidir.Bizim türk olaraq tanıdığımız biri əslində kürd,ərəb,çərkəz və hətda erməni də ola bilər.Soyadı türk,adı türk,pasportuna da türk yazılıb və türkcə danışır.Ancaq əslində ermənidir... Türk kimliyinə bürünmüş istənilən bir erməninin Azərbaycan haqqında irəli sürdüyü mənfi bir fikiri Türkiyə türklərinin bizə qarşı mənfi münasibəti kimi qələmə vermək o erməninin dəyirmanına su tökməyə bənzəyər.
Heç kimə sirr deyil ki,bu gün Azərbaycan və Türkiyənin münasibətləri bir çox ölkələrdə xüsusən də qonşuluqda olan Ermənistan,Rusiya və İranda qısqanclıqla qarşılanır.Eyni zamanda istər Azərbaycan,istərsə də Türkiyə mətbuatında zaman-zaman məqsədli olaraq Azərbaycan və Türkiyə qardaşlığna kölgə salmağı hədəfləyən məqalələrin yazılması göstərir ki,hər iki ölkənin daxilində də bu münasibətlərə qısqanclıqla yanaşanlar var.Nə yazıq ki,belə məqalələrdən birini də Azərbaycanda kifayət qədər tanınan və artıq 5 ildir izlədiyim xəbər portallarından birinin baş redaktoru yazmış oldu.

Cənablar,belə məqalələrlə yalnız düşmən dəyirmanına su tökmüş olarsınız.Türkçülüyün yersiz bir qavram olduğunu bəyan edib hər nə qədər Türkiyə türkləri ilə fərqli bir millət olduğumuz göstərməyə çalışsanız da həqiqət odur ki,araya sərhəd çəkmklə milli kimlik dəyişilməz!

Teleqraf.az

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti