Elşən Əlisoy

Gecə yarıdır.yuxum qaçıb... Xəyallarım qanadlanaraq uşaqlıq dövrümə doğru aparır məni.Yenə də küçəmizin nadinc uşaqları ilə səsimiz-küyümüz aləmi götürüb. Qonşuların bizi qınayan səsləri hələ də qulağımdadır. “Ay bala imkan verin də, bəlkə evdə xəstə var” deyib bizə tərəf qışqıran Məhəmməd dayının qəzəbli səsi nəsə mənə doğma gəlir bu dəfə. Əvvəlki qəzəb də duyulmur Məhəmməd dayının səsində. “Göyə baxan” Məhəmməd deyirdilər kişiyə. Elə hamımız onu o ləqəbi ilə tanıyır, öz aramızda ləqəbini deyərək xısın-xısın gülürdük. Fikirləşirdik ki, yaqin kişinin məhəlləmizdə olan işıq dirəyinə bağladığı işıqları sındırdığımız üçün bu ləqəb ona verilib. Hər gün evdən çıxanda yazıq Məhəmməd dayı başını göyə qaldırıb dirəyə baxırdı. Sanki heç olmasa bu gün işıq lampasının sınıq olmadığını görmək istəyirdi. Lampa isə yenə hərgün olduğu kimi sınmışdı. Xəyala dalıb fikirləşirəm, niyə sındırırdım onu?

Kəlbəcərdə qalan o gözəl çağlarımızda hər birimizin arzuları var idi. Hərdən arzularımızı səhnələşdirib, sanki həyata keçirirdik. Yaşamağa çalışırdıq arzularımızı. Nədənsə mən prokuror olmaq istəyirdim. Dayılarımın prokuror olanda kimi tutacaqsan sualına, mənə velosiped almadığı üçün "atamı" deyə cavab verərdim. Xeyli gülərdilər mənim cavabıma. Nə olduğunu anlamasam da prokuror olmaq istəyirdim o zaman...

Söyüdlü kəndində olan Seyid Əsədullah babanın qəbrini ziyarətədə aparmışdılar məni. İp bağlamışdım qəbirin yanında olan ağacın budağına ki, prokuror olanda gəlib ipi acıb qurbanımı kəsəcəm. Yüzlərlə ipin içində hərə öz bağladığı ipi tanıyırdı orda.

Fikirləşdikcə əsəbləşirəm. Bəyənmirdik,bilmirdik qədrini o gözəl yurdumuzun. Uşağna qarğıyan, nəyəsə-kiməsə əsəbləşib qarğış edən qadınların səsi gəlir qulağıma. “Allah xaraba qoysun buraları” deyən qadınların o səslərini yenidən eşitdiyim üçün üşənirəm. Bəlkə də naşükür qadınların o qarğışları olmasaydı xaraba qalmazdı Kəlbəcərim. Dualarımızı qəbul etməyən Tanrı qarğışlarını eşitdi onların. İndi çaqqalalr gəzir, bayquşlar ulayır cənnət Kəlbəcərimin xarabalıqlarında...

Uşaqlar arasında məhəllə-məhəllə davalar dəbdəydi o zaman. Küçəmizdən keçən o biri məhəllənin uşaqlarının yolunu kəsər, məhəllənin davakar oğlanlarının olduğunu onlara sübut etməyə çalışardıq. Onlar da öz məhəllələrində bizə eyni münasibəti göstərirdilər. Döydüyümüz günlər də olub, ağzı-burnu qan evə gəldiyimiz günlər də. İndi burnumun ucu göynəyir dalaşdığım uşaqlar üçün.

Mənim gözümdə Kəlbəcər dünyanın ən gözəl məkanıdır. Çox zaman başa sala bilmirəm Kəlbəcərin dəyərini “imkanlı” qohumlarıma. “Getdi Kəlbəcər qayıdan deyil özünə gün ağla” deyən bəzi “imkanlı” qohumlarımın nə qədər kasıb biri olduqlarından əsəbləşirəm. Toylarda içib Kəlbəcər şeiri deyib “Maral-maralı" oynayan insanları anlamaq çətin olur çox zaman mənə.

Yadımdadır, Göyçədən qaçqın düşən adamları hərə öz evində yerləşdirirdi. Biz isə uşaq ağlımızla təəcüb qalardıq onlara. Adam da torpağın qoyub qaçar? Deyə onlardan xoşumuz gəlmir, qorxaq adamlar kimi anlayardıq onları. Hərəmizin bir silahı var di. Özümüz düzəltmişdik. Ən çox “Novruz bayramında" barıt doldurub atardıq onu. Səsindən qonşular da yata bilmirdi. Öz aləmimizdə özümüzə yer də düzəltmişdik ermənilər gəlsə onlarla döyüşmək üçün. Nə biləydik ki, bizm də taleyimizi Göyçədən qaçanların taleyi gözləyir. Nə biləydik “Dəli” Qaraçanlının, “Dəli” Geştəyin vurub-tutan oğullarınında yurdlarını qoyub qaçacağını. Adımızın qarşısında qaçqın-köçkün adı yazılacağını bilsəydik bəlkə də gəlməzdik, qaçardıq valdeyinlərimizin əlindən, arzularımızla bərabər qalardıq Murovun o üzündə.

Kəlbəcər bizim arzularımızın dəfn edildiyi məkandır. Mənim keçmişimlə bərabər gələcəyim də Kəlbəcərdə girov qalıb. Kəlbəcəri atıb qaçan gündən xətt çəkildi mənim arzularımın üstündən. Xəyallarım 93-ün aprelində Kəlbəcərlə birlikdə girov qaldı. Düz 22 ildir ki, girov qalan arzularımın naləsini eşidirəm. "Gəl arzularını azad et" deyən hayqırtısını eşidirəm arzularımın.

 Öz hıçqırtıma ayılıram. Hiss etmədən gözümdən axan yaş isladıb üzümü. Fikirləşmək istəmirəm daha. Utanıram fikirləşməyə.

Arzularımın dalınca mütləq getməliydim bu günəcən. Dilqəm kimi getməliydim heç olmasa həsrətimin arxasınca. Kəlbəcərim, arzularımla birgə girov qalan yurdum! Gələcəm mütləq gələcəm !

Qalıbdır

Doğulduğum böyüfüyüm yurd yuva
Bu dağların o üzündə Qalibdı
Həkimim dərmanım torpaq su hava
Bu dağların o üzündə qalıbdı
````` ```````` `````
Tapdalanıb ayaqlanıb izlərim
Ölənəcən qan tökəcək gözlərim
Dindirməyin sevinc dolu sözlərim
Bu dağların o üzündə qalıbdı
````` ``````` ````````
Bu günümə ağladı kim güldü kim
Yoxa çıxıb rahatlıqım dincliyim
Dərd içində itib batan gəncliyim
Bu dağların o üzündə qalıbdı
````` `````` ``````
Aşıq qardaş nə haraydı nə səsdi
Dilqəmini birdə çalma taa bəsdi
Bulaq səsi yaşıl çəmən gül dəsti
Bu dağların o üzündə qalıbdı
````` ````` ``````
Sucaətin ömrü olub tən yarı
Bir də düşə ya düşməyə güzarı
Əmi dayı ata qardaş məzarı
Bu dağların o üzündə qalıbdı

Sücaət Kəlbəcərli

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti