Nərmin Kərimzadə

Radikal dindarların insanları İslama dəvəti "Ya mənim dinimi qəbul etməlisən, ya da ölməlisən" məntiqinə əsaslanır. Onların düşüncəsində demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, dostluq, fədakarlıq kimi anlayışlar yoxdur. Belə olduqda insanlar radikalları İslama dəvət edən dindarlar kimi düşünür və onların dinə baxışına görə haqq dindən çəkinirlər. Halbuki onların tam fərqli din anlayışları var. İslamı təbliğ etdiklərini iddia etsələr də, Qurana nəzər saldığımız zaman onların tam fərqli bir dinə inandıqlarının şahidi oluruq. Halbuki bu düşüncə tərzinə tək İslamda deyil, tam fərqli ideologiyalarda da rast gəlmək mümkündür. Radikal düşüncəli insanlar eyni batil dini müdafiə edir, heç bir fərqli düşüncəni, etiqadi qəbul etmirlər.

Radikallar İslamı yanlış tanıtdıqları üçün müsəlmanlara ciddi təhlükə olmaqla yanaşı, bütün dünyaya da ciddi təhlükədirlər. Onlar İslamı qorxu dini kimi tanıdaraq bütün dünyada İslamofobiyanın yayılmasına səbəb oldular. Heç kim İslam adına ortaya çıxan bu radikal qrupların yaydığı xurafatların və azğın dinin sevgi və mərhəmət dolu İslamla heç bir əlaqəsinin olmadığını ortaya çıxarmadı.

Bunun əksinə, liberal İslam anlayışı ortaya atıldı. Guya İslamın qəddar və liberal qolları var və radikallara qarşı mübarizə aparan müsəlmanlar liberal-demokrat cərəyanı təmsil edirlər. İslamofoblar liberal islamçıları müsbət qiymətləndirsələr də, radikalların qarşısında zəif hesab etdilər. Vəhşilik “din”inin sülhsevər bəzi qüvvələr tərəfindən yumşaldılmağa çalışıldığını güman etdilər. Hətta bunu İslamda islahat, Liberal İslam cərəyanının tərəfdarlarını isə islahatçı adlandırdılar. Lakin bunun islahat deyil, əsl İslam olduğunu dünyaya çatdıran olmadı. İslamofoblar “islahatçı”ları təqdir etsələr də, radikalların şiddətdən qaynaqlanan saxta gücləri və onların İslam dinini təmsil etdikləri fikri üstünlük təşkil etdi.

Bəzən də radikalların batil dinlərini tənqid edənlər özləri radikal mövqe nümayiş etdirir və xurafatları din adı altında müdafiə edirlər. Halbuki müsəlmanlar uzun illərdir İslam adı altında dünyaya yayılan xurafatları elmlə məhv etməli, radikalizmi və fanatizmi aradan qaldırmağa, Qurandan dəlillərlə İslamı düzgün tanıtmağa çalışmalıdırlar. İslam dinini asanlaşdırmağa, bu dində islahat aparmağa və ya yumşaltmağa çalışmaqdansa, xurafatçılar tərəfindən İslama atılan böhtanlara son qoymağa çalışmaq lazımdır. Əgər müsəlmanlar İslamı doğru tanıtmaq və radikalizmi yer üzündən silmək istəyirlərsə, insanlara Quranda izah olunan həqiqi İslam dinini tanıtmalıdırlar.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti