Elşən Əlisoy

Şərqin ilk demokratik cümhuriyyətini quran, şərq qadınına azadlıq bəxş edən,"insanlara azadlıq, millətlərə hürriyyət"deyib dünyanın insan azadlqları qorunan ölkələrinin birinci cərgələrində adı olan Azərbaycan xalqının bu günki durumu dövlətimizin tarixi haqda məlumatı olan hər bir insanı düşündürür.

 Bəs nədir səbəb?! 

Mənim düşüncəmə görə,1920-ci ildə rus imperiyasının müstəqil dövlətimizə qarşı etdiyi təcavüzdən sonra Azərbaycanda “rus başlı” övladlar yetişdirilməyə başlanıldı. Heç bir dəyərlərə,vətən hissinə bağlılığı olmayan bu insanlar öz ağalarnın tapşırıqlarıni xalqımız üzərində çox məharətlə və həm də həvəslə icra etməyə başladılar. Azərbaycanın milli sərvətləri olan ziyallarımız,elm-sənət adamları məhs bu məcburi rus nigahından yaranan biclərin sayəsində Sibirin soyuq çöllərində ölümlə-qalım arasında mübarizə apararaq dünyaların dəyişdilər. Dövlətimiz bunların əlləri ilə işğal edildi. Bunlar üçün millət, ata-ana ,vətən məhfumu olmadığı üçün dilimizin də millətimizin də adını dəyişdirilərək bizlərə özləri kimi qondarma adlar qoymağa başladılar. Bizlərə babalarımızı unutdurub özlərinin Lenin babalarını, Sitalin atalarını sırıdılar. Ona görə də kökümüzdən, əcdadımızdan uzaq düşdük, babalarımızın qatilləri olan,həyatımıza güclə soxuşdurulmuş “babalarımız”ın şəninə şeirlər oxuyub mahnılar bəstələdik. Mayası haramla yoğrulanlar bizləri də “pripiska” oyunlarına qoşaraq oğru etməyə çalışdılar. Bəzən o dövrün adamlarının sovet vaxtı kolxozlarda, tikinti idarələrində olan oğurluqlar, “maxnasiya”lar barədə ürək dolusu ilə danışarkən,“heyif deyildi sovet höküməti” sözünü eşidəndə düşünürdüm ki, necə ola bilər ki, okeanın o tayında gedən proseslərdən dəqiq məlumat alan,dünyanın ən güclü kəşfiyyatına sahib olan SSR-i kimi bir imperiyanın keçmişin həsrəti ilə yaşayanların bildiklərindən xəbəri yox idi? Yox təbii ki, var idi. Sadəcə imperiyanın baş bilənləri burda olan övladlarının “qabiliyyət”lərinə” inanırdılar.Onlar bilirdilər ki, vaxt gələcək Azərbaycan xalqı öz azadlıqları uğrunda savaşacaq və onda onların ən böyük problemləri qanlarına hopdurulmuş rüşvət, korrupsiya, oğurluq və saxtakarlıq hissləri olacaq.Məhz bunu bildikləri üçün də burda olan kəbinsiz övladlarının yaxalarını orden və medallarla doldururdular. Bəli, qanımızda olmayan virusları bizlərə yoluxdurduqları üçün mükafatları xəsislik etmədən paylayırdılar.

Rus imperiyasının başbilənlərinin hesablamaları düz çxdı, Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizəyə qalxdı. Milyonlarla insan Lenin adı qoyulmuş meydanı Azadlıq meydanına çevirdi. Can üstə olan imperiya xalqın azadlıq hissini tanklarla, öz vəhşi ordusu ilə öldürə bilmədiyini gördükdə yenə də özünün kəbindənkənar övladlarını işə salmağa başladı. Müqəddəs amallar uğrunda mübarizə aparan milli hərəkatımızın içinə dedi-qodu ayaq açdı. Hərəkatın liderlərinə qarşı şantaj dolu şayələr yayılmağa başladı. İmperiya öz sevilmi övladlarını tank üstündə hakimiyyətə gətirməyə çalışdılar. Azərbaycan öz müstəqiliyini əldə edib , bütövlüyü uğrunda mübarizədə nailiyyətlər qazanaraq Azərbaycanda yaşayan bütün xalqaların hüquqlarının müdafiəçisi olan demokratik cümhuriyyət qurmağa nail olsa da, bir ayağı burda bir ayağı Rusiyada olan rusbaşlılar cümhuriyyətimizin çökməsi üçün ağalarına hər zaman oduğu kimi sədaqətlə qulluq etdilər. Torpaqlarımız təxribatla işğal olundu, demokratiyanın ömrü cəmi 11 ay çəkdi. Bir zaman canımıza hopturulan zəhərli viruslar baş qaldırdı. Ölkəni rüşvət, korrupsiya bürüdü. Bütövlükdən çıxıb tayfabazlığa meyilləndirildik.  Məlum oldu ki, imperiya o medalları heç də nahaq yerə övladlarının yaxasına düzmürmüş.  Bir zaman cümhuriyyətimizin qurucularına qarşı reperesiya aparanların övladları indi də onların davamçılarına qarşı eyni əməlləri təkrarlayırlar. Cümhuriyyətimizin qurucusu olan Məmmədəmin Rəsulzadəyə qarşı olan nifrət davam edir. Rəsulzadənin adı unutdurulur, heykəlləri, sökülür və ya başına torpa keçirilərək təhqir olunur.  Dövlətimizin ikinci müstəqilliyi üçün mübarizə aparmış insanlara, onların soyadlarını daşıyanlara qarşı düşmənçilik eynən 37-dəki kimi davam edir. Həbsxanalar insan hüquqları uğrunda mübarizə aparan insanlara dolub. SSR-i imperiyası dövründə olduğu kimi xalqların saxta dostluğu təbliğ edilir. Meydanlarımız, parklarımız bizim dənizə tökülməyimizin, demokratların bizi məhvə aparmasınin qarşısını alan “baba”mızın heykəlləri iə bürünüb. Az qalır ki “Qardaş olub Hayıstan-Azərbaycan... mahnısının yeni oranjimanı təqdim oluna. Aradakı ən böyük fərq “baba”larımız artıb. Başqa ölkədə oturub burda olan nəvələrinə nəsihət edən əmmaməli “baba”larımızn, qanı qanımzdan olmayan “xilaskar”larımızın sayı artıb. Ölkədə halazadələrin ciddi dirənişinə ehtiyac var. Sibirin soyuq çöllərində amalından dönməyən babalarımızın,vətənin azadlğı uğrunda canlarını fəda edən şəhidlərimizin davası yarımçıq qalmamalıdır. Cənnət vətənimizə, halal keçmişimizə sahib durub, xoşbəxt gələcəyimizi qurmaq bizm müqəddəs borcumuz olmalıdır.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti