|
Sərxan Carçı
(Və yaxud Bukovski nə axtarırdı?)
Başlayaq elə yazının başlığından. Niyə “Keçmiş poçt işçisi”? Amerikalı yazar Çarlz Bukovskinin ilk oxuduğum romanı, elə müəllifin də ilk romanı olan “Poçt idarəsi”dir. Müəllif bu romanda təzəcə ayrıldığı iş yerindən, 12 il çalışdığı poçtdan yazır. Odur ki, Çarlz Bukovski mənim yaddaşımda yazıçıdan daha çox, keçmiş poçt işçisi kimi qalıb.
Kimdir Çarlz Bukovski? 1920-ci idə Almaniyada, hərbiçi ailəsində anadan olmuş, uşaqlıq illərindən Amerikaya köçmüş, bir çox işlərlə məşğul olub, uzun illər poçtda işləyəndən sonra yazmağa başlayan –yazıçı, şair, jurnalist.
Yuxarıda adını çəkdiyim romanda məntiqli bir nəticə olmasa da yazıçının üslubu adamı özünə cəlb edirdi. Hətta yazar dostum Seymur Baycandan da soruşdum ki: “a bəy, Bukovskinin romanında maraqlı bir şey olmasa da, yaman cəlbedicidir, onun digər romanlarına zaman ayırmağa dəyərmi?” Elə həmin gün Seymurun bir məqaləsini oxudum. Məqalədə Bukovski tövsiyə olunurdu.
Girişdim Bukovskinin “Qadınlar”na və digər romanlarına. Oxuduqca Bukovskini “səviyyəsiz yazıçı” adlandıranların haqlı olduğunu gödüm. Romanları nəyi var səviyyəsiz, pozğun yazılıb. Buna rəğmən Bukovski yaradıcılığı barədə mütəxəsislərin sözləri ilə də razılaşmalı olusan: “Çarlz Bukovskinin əsərlərinə bəyənirəm-bəyənmirəm deyərək birmənalı şəkildə yanaşmaq düzgün olmaz. Onun əsərlərində insanı düşünməyə vadar edən nələrsə mütləq qarşımıza çıxır. Bukovskinin yaradıcılığı ideal deyil, təkrarsızdır. Bəzən abırsızdır, bəzən uşaqcasına sadə və təsirlidir, lakin hər zaman özünün təcrübəsi və həyatın içindən gələn müdrikliyi ilə qiymətlidir”.
Dostlar isə bir az rişxənd edirlərki, Bukovskinin əsərləində səni cəlb edən qadın çılpaqlığıdır. Amma yox, həqiqətən elə deyil. Sadəcə olaraq əsərlər olduqca sadə dildə və həddən artıq səmimi yazılıb. Belletristika (real həyatın bəzədilmiş versiyası) üslubunda yazılmış əsərlərdə nəzərimi xüsusi çəkən bir neçə cümlə də var ki, bölüşmək istəyirəm. Siyasəti olmayanı, idealları olmayanı Allahsızlıqla eyniləşdirən müəllif yazır: “Mənim Allahım, siyasətim və ideallarım yox idi”. Və yaxud: “Mənim Allahım yox idi. Heç vaxt səsvermədə iştirak etməmişəm”.
Oxuduqca bəlli olur ki, Bukovskinin içki aludəçiliyinin səbəbi də, təsəllisini qadınlarla yaxınlıqdan almasının səbəbi də bütün insanlarda olan sıxıntıdır. Hansı ki, bu sıxıntı barədə dəfələrlə yazmışıq ki, cənab haqqın bizə özündən üfürdüyü
əmanət ruh canımızda qaldıqca, onu Allaha təslim etməyincə, dünyanın ən zəngin, ən universal şəraitinə malik insan olsaq belə həqiqi xoşbəxt olmaq mümkün deyil.
Bukovski digər insanlardan fərqli olaraq xroniki sıxıntısının səbəbinə maksimum yaxınlaşır, amma təbii olaraq tam açıqlaya bilimir və yazır: “... O bizə heyvanlarda ruhun olduğunu izah etməyə çalışırdı. Heç kim onun bu fikrinə qarşı çıxmadı. Bunun olduğunu biz də bilirdik. Amma bir şeyi dəqiq bilmirdik - bizim ruhumuzun olub-olmamasını”.
Bukovski çox yaxınlaşsa da doğru qənaətə gəlməmişdi. Heyvanlarda ruh yoxdur. İnsanın heyvandan və digər yaradılışlardan ən əsas fərqi onda ruhun olmasıdır.
Bizə düşən Allahın olmazsa-olmaz əmri olan liqaAllahı (Ruhumuzun Allaha qovuşmağını) gerçəkləşdirməkdir. Əlimizi Allaha açıb bu duanı edərək:
Allahım, mənə üfürdüyün əmanət ruhu ölmədən öncə sənə qovuşdurmağı diləyirəm...