|
Elşən Əlisoy
Bəzən fikirləşirsən ki, adi bir yaşam hüququ əlindən alınan,bir tikə çörək üçün yurdundan – yuvasından didərgin salınan Azərbaycan xalqı başına,açılan oyunlarabu qədər dözümlü olmasına səbəb nədir?
Çox vaxt xalqdan küsür, “belə millət olar” deyib xəyal qırıqlığına da uğrayırsan. Hətta, “Azərbaycan xalqı dözümlü xalqdır” deyən Heydər Əliyevin dillər əzbəri olan bu sözünün xatırıayıb fikirləşirsən ki, millətin dilini bilən tək adam elə Heydər Əliyev olub. Axı xalqımız nədən bu qədər dözümlü, nədən bu qədər taleyinə biganədir. Bu sualın cavabını çox uzaqlarda axtarmaq lazımdır.
Uzun illər boyu Heydər Əliyevində başında dayandığı KQB adlı ruh sındıran maşın Azərbaycan xalqının ruhunu əlindən alıb, onu kölə pisxologiyası ilə bəsləyib. Heydər Əliyevin xalqın dilini bilməsinində səbəbi elə budur. Çünki özü “tərbiyələndirdiyi” bir kütlənin dilinidə elə özü bilər. Necə deyərlər “ Lalın dilin yiyəsi bilər” məsəli kimi.
Sovet KQB –si xalqın düşünmək hissini əlindən alaraq, onu yalançı keçici bayraq uğrunda mübarizəyə yönəldib. Zaman – zaman bu xalqın sağıcısını, pambıqçısını, üzümçüsünü “pripiska” planlar doldurmağa həvəsləndirərək onların yaxasına bir orden taxıb deputat edib. Bu savadsız ferma sağıcıları isə gurultulu salonlarda “gördün kişi necə danışdı” deyib əl çalıblar. Nə büdcədən, nə də verdiykləri planlardan bunlara nə çatacaq düşüncəsinə belə sahib olmayıblar. Əvəzində isə Azərbaycanın düşünən başlarını labarotoriyanın tozlu divarları arasında çürüdüblər. “Ruh sındırma əməliyyatının” nəticəsi bu olub ki, aşıqlarımız dastanlarımızı unudaraq “işıqlııdır lampaları kolxozun” mahnısı oxuyub, şairlərimiz Leninə, Stalinə mədhiyyələr qoşublar. (tam bu günkü kimi)Köləlik tərbiyəsi ilə tərbiyələndirilib bir çox “ağsaqqalımız” isə haqqını düşünmək istəyən adamlarımıza “ Hökümətlə hökümətlik etmək olmaz” deyərək onlarda cücərmək istəyən ruhu elə beşiyindəcə öldürüblər.
Bəzi “ atalar” sözləri var ki, mən bunları hər zaman KQB “atalar” sözləri adlandırmışam. Rus KQB –si düşünülmüş şəkildə Azərbaycan Türklərinin qabağa çəkilməsi üçün vasitələr yaratmış, bu vasitələr də çox zaman ermənilər olmuşdur ki, yenə də şüuru əlindən alınan, ancaq yaşına və hakimiyyət nümayəndələrinin yanında olan mövqinə görə “ağsaqqal” adlandırılan “ Ağsaqqallarımız” “erməniyə dayı denən işinin xətrinə”deyib gənclərimizi işi üçün erməniyə dayı deməyə vadar ediblər. Xalqımızın ruhunu əlindən almaq üçün hətta dinimizdən də istifadə edərək kirvəlik adında bir müqəddəs qohumluq yaradaraq ermənilərlə bizləri kirvələşdirib, “ kirvə kirvənin damına da çıxmaz, çünki birdən onun aşına toz tökülər” adlı məsəllərlə erməniyə qarşı olan nifrətimizdə bu yolla öldürüblər.
Rus imperiyasını bu manqurtlaşdırma siyasəti ancaq Türk millətinə qarşı olubdur.. Yalnız Türklərin adı əlindən alınaraq ona qondarma adlar qoyub, onu öz kimliyini unudan bir qövümə çevriblər. Bu gün sorğu keçirsək Azərbaycanda yaşayan bütün etnik xalqlar öz milli kimliyin bildiyi halda Biz Türklərin bəzisindən soruşsaq millətini bilməyərək “azərbaycanlı” olduğunu deyəcək. Bax budur ruhun sındırılması. Milli kimliyi əlindən alınan xalq isə kölədən başqa heç nə ola bilməz.
Kölə pisxologiyasını güclə xalqımızın başına yeridərək xalqımızı ancaq rəhbərin əmrlərinə tabe,sözə baxan bir varlıq halına gətirməyi bacarıblar. Bu facilərimizdə ordan başlayıb. Ruslar Krımı işğal etdiyi zaman Mətbuatda Krım Türklərinin ailə uşaqlarını götürərək Krımdan getməsi xəbərini oxuyanda beynimdən belə bir fikir keçdi. Necə ola bilər ki, insan bir güllə atılan kimi öz vətənini yadlara buraxaraq qaçar… Görünür bizlərlə Krım Türklərini eyni məktəbdə hazırlayıblar. Bizlər Qarabağı verib qaçdıq,onlar Krımı, Yəqin ki, onlarında böyükləri bizdə olduğu kimi “igidlik ondur, doqquzu qaçmaq , biri isə heç gözə görsənməmək” kimi KQB məsəlini atalar sözünə çevirib başlarına yeridiblər. Nə isə… Çox keçmişə özüm getmədim.Allah millətimizi hidayət etsin.