Nərmin Kərimzadə

Allah’a və Onun yaratdığı qədərin mükəmməlliyinə iman edən insanlar baş verən hər hadisənin və qarşıya çıxan hər çətinliyin mütləq xeyirli və hikmətli olduğunu bilirlər. Çətinliklərin qədərdəki imtahanın bir hissəsi olduğunu, bu imtahanın səmimi olanlarla səmimi olmayanların üzə çıxması üçün xüsusi yaradıldığını bilirlər. Çünki Allah insanları mütləq imtahan edəcəyini və səmimi olanlarla olmayanları bir-birindən ayıracağını ayələrlə xəbər vermişdir.

İnsanların əksəriyyəti xoş hadisələr qarşısında xoşbəxt olarkən, şər kimi görünən hadisələr qarşısında kədərlənirlər. Halbuki inananlar hər şeyin qədərdə reallaşdığını bildikləri üçün hadisələrin xeyir və hikmətlərini görməyi bacarırlar. Belə ki, insanın ömrü boyu qarşılaşdığı xeyir və şər kimi görünən hər hadisəni Allah yaradır. İnananlar qədərdə yaradılan hər hadisənin Allah’ın nəzarətində olduğunu və mütləq bir hikmətlə yaradıldığını bilir, buna görə də hadisələri xeyir və şər olaraq ayırmırlar.

Allah’ın yaratdığı hadisələrin hansında xeyir, hansında şər olduğunu yalnız Özü bilir. Çünki Allah sonsuz, insan isə məhdud ağla malikdir. İnsan ancaq hadisələri kənardan görüb xeyir və ya şər olaraq dəyərləndirə bilir. Allah bir ayədə hadisələrin batinində gizli hikmətlərin olduğunu, şər kimi görünən hadisələrdə xeyir ola biləcəyini bildirir:

Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

Kənardan xeyir və ya şər kimi dəyərləndirdiyimiz hadisələrə batini yöndən baxdığımız zaman Allah’ın yaratdığı qədərin mükəmməlliyinin şahidi oluruq. Beləliklə də, xeyri də və şəri də Allah`ın yaratdığını dedikdə, əslində, Allah’dan başqa yaradan olmadığını və şər kimi görünən hadisələrin batində xeyir olduğunu görürük. Şər məfhumunun isə insanın düşüncəsindən asılı olduğu müəyyən olur.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti