Ayşə Nəbi

Ey uzun saçlım, şirin dillim, bəri dur, qucağındakı körpənlə gözünü göylərə dikib bir işıq umur, bir cığır arayırsan.Sən bu fani dünyada kim olduğunu bilirsənmi, hardan gəlib hara getdiyini bilirsənmi? Bilmirsən.Qayıdıb mənə “Azəri torpağının mən də bir övladıyam” demək istəyirsən.Demə, Allah xətrinə demə.Sən Azəri torpağının övladı deyilsən, sən Böyük Turan dövlətinin  övladısan.Qucağındakı o körpənin sağ qulağına “sən tək Allahın bəndəsisən”,  sol qulağına da “sən böyük Turan yurdunun övladısan” deyə pıçılda, elə bir səmimiyyətlə, elə bir qətiyyətlə pıçılda ki, həmişəlik həkk olsun onun qan yaddaşına.Onsuz da bu bizim qan yaddaşımızda var, yaddaşımızın harasını qurdalasan oradan müqəddəs bir amal çıxır, oradan üstünü kül örtmüş bir od çıxır.Yeddi qat göyün altında əlimizin yeddi qatını od yandırsa da yenə   əlimizdən yerə qoya bilmədiyimiz odu ruhumuz qoruyur. Aradığın o işıq, umduğun o ilıqlıq elə sənin özündədir, sənin öz ruhundadır, gözəl gəlinim.Yetər ki, onun külünü üfürüb işığını körpənin gözünə qovuşdurasan.

Sonsuz səhraların ıssızlığında  Qam ana, Şaman dədə, bir də ulu Börü Allahın ətəyindən tutaraq qoruyur zamansızlıqda pak türk ruhunu.Qam ana, Şaman dədə, bir də ulu Börü zaman atının üstündə özlərini bizə yetirib sapmaq istəyən ruhumuzu hər zaman yoluna düzəldir, Allahın yardımı ilə qiyamətə qədər davam edəcək böyük türk varlığı.”Mədəniyyət türklə başlayıb türklə bitəcək” , çünki “GÖYÜN ALTI BİZİMDİR”. Fəqət, bu gün biz bu şüura sahib deyilik, zamanın hər kəsimində şüurumuza çox müxtəlif və gərəksiz o qədər saxta düşüncələr yeridiblər ki, bizim beynimiz və ruhumuz alaq edib sağlam düşüncəni ayağa  qaldırana qədər ömrümüz tükənir.Yox amma, Allahın nəfsindən üfürdüyü nəfəs canımızdadırsa, canımızda can olduğu müddətcə “Göy üzü çadırımız, günəş bayrağımız olacaqdır”(Oğuz xaqan).

Gözəl gəlinim, bu fani dünyanın min cür qarğaşası arasında başını döndərib ötən zamana baxmaq bir az çətindir, çünki zaman da, insanlıq da bizi irəliyə çağırır, toplum “qonşudan qalma dala” deyib bizi məchul bir gələcəyə sürükləyir.Gələcəyin o məchulluğunda bu gün qucağında sevginin sonsuzluğuyla bəslədiyin o məsum körpəni nə gözləyir.Düşünəndə tüklərin biz biz oldumu? Olmadı, çünki fərqində deyilsən, sanırsan ki, o körpən elə həmişə bu gün qucağında olduğu qədər xoşbəxt olacaq, sənin olacaq.Ayağı yer, dili söz tutunca əlindən çıxacaq, dillərin tüğyan elədiyi “dil bazarında” dilini itirəcək, varlıqların və xaosun hökm sürdüyü çağdaşlıq cəngəlliyində şəxsiyyəti dəyişəcək, artıq sənin olmayacaq, özünün də olmayacaq, yabani bir varlıq olacaq, hər millətdən bir cizgi, hər xalqdan bir surət qapacaq virus kimi.Bunları düşün, “titrə və özünə gəl” türk qızı, o qucağındakı körpəyə, onun gələcəyinə və mənliyinə bu gün sahib çıx, onu bu gün qoru, onun  gələcəyini bu gün, hələ dili və ağlı səndəykən yönləndir.Sən onu ancaq bu cür qoruya bilərsən, kimliyini nişan verməklə, özünü tanıtmaqla.Özünü tanıdıqca sevəcək, özünü sevdikcə güclü olacaq, güclü olunca da özünə, dininə və millətinə sahib çıxacaq.Yağız ruhu diri olacaq.

Bu gün ətrafımızda o qədər cazibəli, çəkici,insana gəl gəl deyən, gözlərimizi qamaşdıran, ağlımızı başdan çıxarmağa çalışan maraqlar var ki, bunların arasından sıyrılıb özündə olanla yetinmək,  o sənə diktə edincə sən özündəkinin fərqinə varıb onu dirçəldərək beyninə və ruhuna hakim halına gətirmək iradə istər.Sən Qam anasan, iradən, qüdrətin yetər.

Tarixin təkərləri ruhumuzun üzərində öz tırtıllarıyla elə bir naxış salıb ki, biz artıq bunu naxış saymırıq, bunu elə özümüzün əslimiz sayırırq.Bu yanılqı həyatımızı elə etkiləyir ki, genimizin, qanımızın möhtəşəm və qudsal gerçəkliyini unutmaq uçurumunun qırağında addımlayarkən müqəddəs ulu ruhlar əlimizdən tutub göylərin ucalığını tanıq verir  ruhumuza. Hər ulu türkün ruhu bir “Qübbətül türki”dir, içində Allahın varlığını, qəlbimizin imanını, qanımızın əbədiliyini qoruyan bir qübbətül türki.Hər qübbətül türkidə- türk çadırında zamanın əlçatmaz uzaqlığında itməyən dualarının hərfləri arasındakı ilıqlıqda, dua edən nəfəslərinin gücündə qorunan bir Qam ana, Şaman dədə yaşamaqdadır, iman çırağı altında varlığımızın ruhunu qoruyan.Ey türk oğlu, türk qızı, hər birinizin  içində bir Şaman dədə, Qam ana Allahın “ipinə” sarılaraq oyadılmağı gözləyir.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti