Ceyhun Nəbi

Azərbaycanda mövcud siyasi rejmin uzunmüddətli davam etməsi həm xarici, həmdə ki, daxili faktorlarla əlaqəlidir. Azərbaycanda mövcud hakimiyyətin uzunmüddətli davam etməsində əsas maraqlı tərəf Rusiyadır, Cənub qonşumuz İranda idarəçilik metodlarına görə hələ ki, bu hakimiyyətin qalmasında maraqlıdır, həmdə ki, onların üçün daxildə öz dayaqlarını gücləndirənədək vaxt udmaq daha məqbuldur (İslam inqilabı planı ). Azərbaycanda bu gün idarəetməni həyata keçirənlərin qərarların qəbulunda xalqın iradəsini saymamaları Rusiya və İran kimi aftoritar və totalitar mahiyyətli siyasi rejimlərin geosiyasi və strateji maraqları ilə uzlaşır.

Ölkəmizdə dəyişiklər istəyən tərəf kimi əsas qərb dövlətləri görsənir, onların ziqzaqvari bəyanatları, öz maraqlarını əsas tutmaları cəmiyyətdə onlaraq qarşı böyük inamsızlıq yaradıb, həmişə rejimlə üz-üzə gələn xalq qərbdən onlara ciddi dəstək gələcəyini düşünür, sonrada qərb dövlətləri oyunlara gedirlər və özlərinə qarşı inamsızlıq toxumları səpirlər, hətta özlərinə müyyən dərəcədə nifrət qazanırlar. Bu həmişə belə davam edib, qərbin bu xətti dəyişməsi çətin məsələdir. Ənənəvi xətt dəyişməzdir, kim olur olsun mənə xidmət edən olsun. 

Xarici faktorların daxildəki proseslərə təsir etməsi böyükdür, Azərbaycan reallığında xarici qüvvələrin bir qrupu dəyişiklərdə maraqlı deyil ( Rusiya, İran, Tükiyə ), digər qrup isə təsir edə bilməyəcəyini düşünür ( Qərb dövlətləri ) .

Qısada olsa Azərbaycanda dəyişiklik üçün xarici faktorların rolunu qeyd etdim. Önəmli olan Azərbaycanda dəyişiklik istəyən qüvvələrin nə etməsi və nə edəcəyidir. Bütün hər kəs bilir ki, Azərbaycanda Aftoritar siyasi rejim mövcuddur və sağlam siyasi rəqabət münasibətləri məhdudlaşdırılıb. Siyasi rəqabət konstitusiyanın şərtlərinə uyğun olaraq yox, qeyri-konstitusion şərtlərlə həyata keçirilir. 1993-cü ildən bu günə eyni sisenari davam edir, hər kəs bundan xəbərdar olduğu kimi öz üzərlərində müxalifət adını daşıyan qüvvələrdə xəbərdardılar. Nəzəri olaraq Avtoritar siyasi sistemlərdə müxalifət imitasiya xarakteri daşıyır və onun mövcudluğu hakimiyyəti legitimləşdirir, ona demokratik imic verir. Bu gün istəsəkdə, istəməsəkdə Azərbaycan müxalifəti həmin mahiyyəti daşıyır, həqiqi mənada dəyişiklik olmayana qədər eyni mahiyyəti kəsb edəcək. Əsl realliqda bütün partiyalar fəaliyyətini dayandırmalı, partiya olaraq radikal mövqeydən çəkinməli, partiya üzvüləri fərd olaraq dissident mübarizəsinə başlamalıdır. dissidentləşmiş fərdlər mövcud hakimiyyətə zamanla süni olaraq Aftoritar mahiyyətdən, totalitarlaşmaya keçidi təmin edəcəklər. Hakimiyyət siyasi partiyalarla, siyasi qrumlarla yox, bir-başa cəmiyyətlə üz-üzə gələcək, artıq onun aşağılayacağı siyasi tərəf mövcud olmayacaq, onun əzdiyi, haqqlarını pozduğu, sərvətlərini taladığı cəmiyyətlə üz-üzə qalacaq.
Siyasi partiyalarda siyasi eloktorat artan yox, sürətlə azalan xəttlə davam edir. Səbəblər aydındır, əsasda 1993-cü ildən bu günə müxalifətin məğlub olması və böyük formada uğursuzluğu. Partiya üzvülərinin, narazı eloktoratın düzgün formada təlimatlandırılmaması, hədəflərinin dəqiq müyyən olunmaması. Bir tərəfdən siyasi liderlər onları demokratiyanı bərqərar etməyə, siyasi sistemi qurmağa, digər tərəfdən müxalifətdaxili siyasi rəqabətə sövq edirlər. Enerji tükənir, cəmiyyət ruhdan düşür və kənara çəkilir.

Bir zamanlar 100 minləri meydana çıxaranlar, necə ola bilər ki, sonrada 3-5 minlə mübarizəni rahatlıqla qəbul edə bilsinlər ? Bunun səbəbləri var və hansı ki, müxalifətdə 20 ildə uğura imza ata bilməyənlər, bundan sonra uğura imza atacaqlarını düşünürlərsə bu insanlarda psixoloji probemlər var. Artıq Cəmiyyətdə şüuraltı şəkildə insanlarda fikir formalaşıb ki, ənənəvilər uğuru yox, uğursuzluğu simvolizə edirlər. Dəyişikliyi bunların etməsi qeyri-mümkündür. 

Biriləri gözəl formada geyinir, əynində kostuyum, boğazında qalstuk, yanında mühafizəçilər, bahalı maşınlarla gəlir və meydanın xitabət kürsüsünə çıxaraq “Talana Son” çığırır, bağırır. İndi sıradan birisi kimi qiymətləndirin, bu mübarizədirmi ? Bəs bunlar öz qəzetlərində, saytlarında yazırdılar ki, biz əzildik, söyüldük, vurulduq. Hanı nümunəsi ? biz əksini görürük, içimizə inamsızlıq toxumları səpən, mübarizənin xilas yox, sadəcə özümüzü aldatmaqdan başqa bir şey olmadığını təsdiqləyən hərəkət.

Dillərində demokratiya, əməllərində anti-demokratiya olanlar normal cəmiyyət qura bilməz, hansı ki, bu gun Azərbaycan iqtidarıda ondan danışır, mahiyyətə gəldikdə isə dünya görür ki, bu imitasiyadır. Uğur o zaman ola bilər ki, dil və əməl uyğun gəlsin, bunlar isə başdan başa ziddiyyətli fikir və əməl sahibləridir. Yazım Cəmiyyətin baxış bucağı üzərində qurulub və hesab edirəm ki, bəziləri bu yazıdan özünütənqid üçün istifadə edəcək, öz yerini, mövqeyini asanlıqla müyyən edəcək. 

Əsas problemlərdən biri müxalifətin həmişə qərbdən dəstək gələcəyi umidi içərisində olmasıdır. Özünə güvəni olmayan qüvvə heç vaxt məqsədinə çata bilməz, yerində saymaqla zəifləyib, itib-batacaq. Hansı ki, Azərbaycanda müxalifət adına hərəkət edənlər nümunə olaraq həmin taleyi yaşayırlar. Mən öz nüfuzunu itirmiş, eyni simalarla, eyni strategiya ilə, eyni mesaj və şuarlarla hərəkət edən qüvvənin uğur qazanmasına, özünü toparlamasına inanmıram və heç vaxtda rast gəlməmişəm. Albert Eynşteyin bununla bağlı maraqlı fikir səsləndirib “Hər zaman etdiyini etməklə daha yaxşı bir nəticə gözləmək DƏLİLİKDİR”. Bütün bunlar reallıqdır. Azı 25 ildir bütləşmiş, uğursuzlar, insanlara yenilik verə bilməyən qüvvələr özlərini nə ilə cəlb edə bilərlər ? sadəcə çığırmaqlamı, sadəcə Azadlıq deməkləmi, sadəcə İstefa deməkləmi ? Bu ənənəvi metodur və şuarçılıq dar beyinlərin, kafaların məhsuludur. Şuarlar kütləni otaranların silahıdır, onun istəklərinə əlac deyil. 

Ceyhun Nəbi , Cümhuriyyət Siyasi Düsüncə Mərkəzinin İdarə Heyyətinin üzvü



Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti