Əbil Nicat

Nadir qəsəbənin hörmətli sakinlərindən biri idi. Hamı onu sevir, hörmət edirdi. Ətrafda elə insan tapılmazdı ki, onun haqda pis nəsə danışsın. O, bu hörməti həm xarakterinə, həm də sənətinə görə qazanmışdı.

Belə ki, Nadir qəsəbənin sevimli müəllimlərindən biri idi. Bununla belə, o, dolanmaqda çətinlik çəkirdi. Aylıq məvacibi növbəti aya çatmırdı. Evə qazanc gətirən təkcə o idi. Üstəlik oğlu da xəstə idi - əmək qabiliyyətini itirmişdi. Müharibəyə sağlam gedən oğlu geriyə yarımcan qayıtmışdı. Düzdür, güllə yarası almamışdı. Ancaq günlərlə ac qalmaqdan, soyuq və nəm səngərdə yatmaqdan mədəsi və digər orqanları sıradan çıxmışdı.

Bütün bunlara görə Nadir müəllim ailəsini dolandırmaq üçün dərsdən sonra müxtəlif işlər görürdü. Gah bənnalıq edir, gah da bağlarda fəhləliklə məşğul olurdu. Çətinliklə də olsa birtəhər ailəsini dolandırırdı. Bir dəfə Saray bağlarındakı villaların birinin həyətindəki zibilləri maşına yükləyirdi. Villanını sahibi zəhlətökən adama bənzəyirdi. Elə bil Nadir müəllimi incitməkdən xüsusi bir zövq alırdı. Villanın eyvanında oturb Nadir müəllimin üstünə ədəbsiz-ədəbsiz qışqırırdı. Nadir müəllim isə bir tikə çörək xatirinə dözürdü. Nəhayət qaranlıq düşənə yaxın o, işini bitirdi. “Xozeyin” həyətə düşüb Nadir müəllimi yanına çağırdı:

-"Ə, bir bəri gəl. Məni tanıdınmı?" - Nadir müəllim diqqətlə ona baxıb tanıdı. Qarşısında duran Qasım idi. İllər öncə Nadir müəllimin şagirdi olmuşdu. Avara şagird idi. Dərslərini oxumazdı. Nadir müəllim onun qapısının zibilini təmizlədiyi üçün pis oldu. Belə bir görüşü heç arzulamazdı.

- "Müəllim, yadındadı mənə deyirdin ki, səndən bir şey çıxmayacaq. Görürsən, indi rayonda böyük bir təşkilatın rəhbəriyəm. Bilirəm utanırsan, utanma müəllim, yaxın gəl al zəhməthaqqını. Burada sənin bir illik məvacibin var"-deyib, hırıldaya-hırıldaya cibindən bir ovuc pul çıxarıb Nadir müəllimə tərəf uzatdı. Nadir müəllim isə ona:

- "Mən qəbəhahətli bir iş görməmişəm ki, utanım. Halal çörək qazanmaq nə vaxtdan utanmalı iş olub? Mənim kimi müəllimləri bir parça çərəkpulu üçün sənin kimi parazitlərin qapısında zibil təmizləməyə vadar edənlər utansınlar. Mən niyə utanım?:" - deyib pulu da götürmədən qapını üzünə çırpıb getdi. Nadir müəllimin sözləri keçmiş şagirdinin sifətinə şillə kimi dəydi.

Villadan ayrılan Nadir müəllimi isə bir sual düşündürürdü: görəsən, millətin gələcəyinin qarantı olan müəllimlər nə vaxtadək dərsdən sonra fəhləlik etməyə məcbur olacaq…

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti