Azər Qismət 

Əgər toyuq kürt düşürsə onun yumurtalarına əl vurmaq olmaz. Kimsə toyuğun altından bir yumurta götürüb ehmalca dişinə vursa (çatlatmasa belə), ondan çıxan cücənin ya gözü kor, ya da ayağı şikəst olur. Bu Tanrının verdiyi bir hikmətdir. Bunun hikməti ondadır ki, saflığa, müqəddəsliyə əl uzatmaq olmaz. Yoxsa, o müqəddəslik şikəst qalar.

Türkiyədə 20 yaşlı Özgəcan Aslan adlı qızın yandırılraq öldürülməsindən sonra Türkiyə xalqı ayağa qalxıb aksiyalar keçirdi. Təcavüzdə iştirak edən avtobus sürücüsü və ona köməklik göstərən 3 nəfər saxlanıldı. Hadisənin sorağı ildırım sürəti ilə Azərbaycana da gəlib çatdı. Faciə pislənildi, sosial şəbəkələrdə öz profilləri yerinə Özgəcan Aslanın fotosunu yerləşdirənlər də oldu, müzakirə açıb ağlamaq smaylikləri də qoyanlar da. Azərbaycan xalqı bunu öz faciəsi bildi. Əslində, qardaş Türkiyə xalqının dərdini dərdimiz, sevincini sevincimiz bilmişik.

Hadisənin üstündən neçə gün sonra bir azərbaycanlı oğlan mini yubka geyinib fotosunu sosial şəbəkədə sərgilədi. Və onun bu etirazı əksəriyyət tərəfindən heç də yaxşı qarşılanmadı. Çoxları bunu səmimi qəbul etməyib, özünüreklama hesablandığını vurğuladı. Ki Türkiyə mətbuatı oğlanın hərəkətini işıqlandırsın və oralarda məşhurlaşdırsın.

Ortaya çıxan sual isə budur ki, niyə biz özgənin faciəsinə özümüzdən daha çox can yandırırıq? Niyə biz əyilməyə meyilliyik? 4-5 gün Türkiyədə qalanlarımız qayıdandan sonra “gəliyorum”, “gediyorum”la danışırlar. Hər sözün əvvəlində, ortasında, axırında “bayılıyorum” deyib İstanbulu dünyanın ən möhtəşəm şəhəri hesab edib dayanmadan təkrarlayırlar. Türk qardaşlar, burada sizdən söhbət getmir. Siz bizim ən ağrılı günlərimizdə yanımızda olmusunuz. Biz bunu unutmuruq. Burda söhbət bizim bəzilərimizin kor-koranə əyilməyindən gedir.

Sizi inandırım ki, o yubka geyinən oğlan bəlkə də heç vaxt Xocalı şəhidlərinin şərəfinə ucaldılan “Ana harayı” abidəsinin qarşısına bir gül dəstəsi də qoymayıb. Ermənistanın prezidenti Sarkisyanın quldur olmasına dair petisiyalara imza da atmayıb. Əsir alınan qız-gəlinlərimizin faciəsi üçün ikili standartlarla işləyən Avropa strukturlarına, guya insan hüquqları ilə məşğul olan təşkilatlara bir məktub da göndərməyib. Ancaq bir qızın faciəsinə görə mini yubka geyindi.

Heç inanmıram ki, Torqovıda opüş səhnələri yaradıb fotoları sosial şəbəkələrdə yerləşdirənlər, “azad seks” deyib hayqıranlar, özlərini “ateist”, “deist” elan edib fərqlənməyə çalışanlar şəhidlərimizə, əsir alınanlarımıza görə ağızlarını açıb “BƏSDİRİN” desinlər. Onların çoxusu bir ağac əkib, bir kasıba kömək etməyiblər. Əgər ermənilərin hücumu zamanı özlərinin namuslarını qorumaq üçün dağın zirvəsinə qalxan kəlbəcərli qız-gəlinlər belə olacağını bilsəydilər, qayadan atılmazdılar. Onlar o qayadan ona görə atıldılar ki, bir iyrənc düşmən təkcə onun namusuna təcavüz etməsin. Həm də əslinə, soykökünə, saflığına, müqəddəsliyinə əl uzatmasın.

Bizim bəzilərimiz tez əyilməyə meyillidir. Bəlkə də Avropa ilə Asiyanın ortasında yerləşdiyimizdən belə olub, ya da yadellilərin silləsindən. Bunun nə sirri-xuda olması hələ də bilinmir. Hansı bayraq olursa-olsun əsirik. Çoxumuz beləyik. Ancaq azlıqda qalan vətənpərvərlərin səsi o “əsən vətəndaşlarımız”ın yanında pıçıltı təki eşidilir. Cünki, bu ölkəni öz soy-kökündən ayırıb marionet kimi istədikləri səmtə yönəldənlər var. Əyilməyə meyilli olanlar onların ardınca gedir. Uçurumun qızıldan olduğu nağıllarına inandırıb sürü təki ardlarınca çəkirlər. Onlar isə elə hey düşürlər o uçuruma. Oğlanımız isə mini yubka geyinməklə uçuruma çoxdan düşüb. Çoxdan qoşulub o cərgəyə. Yalnız sifət quruluşuna baxıb deyərik ki, bu bizdəndir. Qəlbi və ürəyi isə daşdandır. Soykökünü, Xocalısını, Dilqəmini, Şahbazını unudan daş.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti