Natiq Miri

Minsk razılşamasının uzunmüddətli olacağı inandırıcı deyil

Rusiya hakimiyyətiylə imzalanan heç bir sənədin gələcək zəmanəti yoxdur. Çünki burada bütün siyasət yalan üzərində qurulub.

Minsk-2 razılaşmasına gəlincə, əslində Minsk-1 sənədindən elə də fərqlənmir. Burada problem orduların ayırıcı xəttinin uzunluğunda deyil, Putin Rusiyasının yürütdüyü siyasətin mahiyyətindədir. Mahiyyət isə imperiya iddasını göstərir. Rusiya Ukraynanın öz təsir dairəsindən çıxmasını istəmir. Rusiya Ukraynanı NATO-ya girməsini heç bir zaman qəbul etməyəcək. Rusiya Ukraynanın yaxın gələcəkdə inkişaf etmiş demokratik bir Avropa ölkəsi olmasını heç cür həzm edə bilmir. Çünki azad , demokratik və güclü Ukrayna Rusiyanın imperiya iddialarına təhdid hesab olunur. Rusiya anlayır ki, Ukraynanın inkişafı rus toplumunda bir çox suallar yaradacaq, eyni zamanda post sovet məkanındakı ölkələri də Qərbə inteqrasiyaya cəlb edəcək. Bununla da Rusiya cəlbedici nüvə olmaqdan çıxıb yerini güclü, inkişaf etmiş Ukrayanaya verəcək. Bu isə Rusiyanın avtoritar hakimiyyət quruluşu üçün süqut deməkdir.

Bütün bunların qarşısını almaq üçün Rusiya Minskdə istədiklərini əldə edə bildimi? Bilmədi. Bu razılaşma sənədi Rusiyanın Ukraynada təsir imkanlarını saxlamağa imkan vermir. Ona görə də bu razılaşma Rusiya üçün sadəcə növbəti zaman qazanma kimi istifadə olundu. Çünki razılaşma olmadığı təqdirdə artıq Avropa Birliyində növbəti sanksiyaların qəbul etməsi an məsələsiydi və daha çox Rusiyanın mövqeyindən asılı idi. Rusiya ən azından bunun qarşısını almış oldu. Eyni zamanda ABŞ-da Ukraynaya uçan öldürücü silahlarla yardım edilməsi yönündə qərar verilməsinə hazırlıqlar gedir. Rusiya bu razılaşmayla hələlik bu qərarı da müəyyən zamanadək ertələyə bildi. Başqa tərəfdən, Rusiya bu razılaşma ilə sanksiyaların yumşalmasını da hədəfləməmiş deyildi.

Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın bu yumşaq güclə Qərbə təsir etməkları yoxdur. Ona görə də Rusiya zor gücüylə Qərbi təhdid edir və bu taktika müəyyən mənada effekt verir. Avropa ölkələrinin qorxuya düşməsi, istənilən şərəfsiz sülhə hazır olmaları da bunu göstərir. Rusiya zor gücüylə təhdid etməklə həm də ABŞ və müttəfiqləri arasında parçalanma yaradacağına ümid edir. Ona görə də Minsk-2 razılaşmasının uznmüddətli olacağını və regiona sülh gətirəciyini düşünmürəm. Əksinə, düşünürəm ki, hərbi əməliyyatlar müəyyən zamandan sonra müxtəlif bəhanələrlə yenidən başlayacaq. Çünki Rusiya nə sülh, nə müharibə taktikasıyla Ukraynada gedən islahatlara imkan verməməklə bərabər, Ukrayna toplumunda da Poroşenko hakimiyyətinə qarşı narazılıq yaratmaq və əksinqilabı həyata keçirməklə Ukraynanı yenidən öz əhatə dairəsinə qaytarmaq istəyir. Putin hakimiyyətini qoruyub saxlamağın yolunu məhz bu müvəffəqiyyətdə görür. Putini dayandırmağın yeganə yolu rus ordusuna qarşı müasir silahlarla ciddi dirənişdir. Düşünürəm ki, bu reallığı artıq ABŞ-da da anlayanların sayı getdikcə artır. Hələlik yaxın perspektiv bunu vəd edir.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti