Şahvələd Çobanoğlu 

(Avropanı söyüb, Avropa Oyunları keçirməklə öyünən bir ölkədə)

Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunları... Çox gözəl səslənir, elə deyilmi? Birinci dəfə Bakıda keçirilir! Bəh-bəh!

Hakimiyyətin muzdlu təbliğatçılarını demirəm, elə adamlar var ki, səmimi olaraq hakimiyyətin bu cür tədbirlərə - idman və mahnı yarışlarına, beynəlxalq miqyaslı müxtəlif festival və konfranslara hüdudsuz məhəbbət və marağına bizim ironiyamızı qəbul etmir, ən azı anlamırlar...

Elə səmimiyyət məsələsindən başlayaq. “Azərbaycanın adını ucaldırıq” deyə görülən bu işlərin arxasında necə bir səmimiyyət dayandığını illərdir gördük axı! Bu necə ola bilər, sən xaricdən gətirdiyin muzdlu idmançılarla qazanılmış bir-iki medalla ölkənin adını qaldırmaq istəyirsən, amma bu ölkənin öz adamının başından basmaqda davam edirsən. Bu qədər oğurluq və korrupsiya ilə Azərbaycanın adını sevmək səmimi ola bilərmi? Əcəb işdir! Ümumiyyətlə, sərvətlərini taladığınız ölkənin adını qaldırmağın adı nədir?

Elə ad məsələsini götürək. Biz niyə adımızı qaldırırıq? Istəyirik hamı bizi sevsin? Indiyədək bunun nəyə lazım olduğunu izah edən olmayıb. Bu, psixoloji ehtiyacdır, yoxsa ölkəmizin maraqlarına xidmət edir? Azərbaycanın iqtisadi maraqlarına faydalı olması üçün gərək bu adın arxasında gerçək şərtlər dayansın, məsələn, adamlar bu ölkəyə turist kimi gəlməyə, oxumağa, investisiya gətirməyə şərait görsün. Inhisarın və himayəli iqtisadiyyatın olduğu bir ölkədə isə bütün bunların necə faydası ola bilər? Olsa da, hazırda fayda götürənlərə ola bilər. Korrupsiyanın bu qədər dərin kök atdığı ölkəyə yalnız çox böyük şirkətlər gələ bilər ki, onlar da böyük neft şirkətləri və hakimiyyətdəkilərin özlərinin seçdiyi tikinti şirkətləridir. BP ispan futbol klubunun yaxasındakı Azərbaycan adını görüb bura gəlməyib, gələsi də deyil. Turizmin inkişafı da alınmır bu yollarla. 

Ad məsələsinin ən sərt və təzadlı uzantısı isə odur ki, Avropa Oyunları keçirən ölkə təkcə oyunla Avropaya oxşamalı deyil. Bütün siyasətimiz bu gün Avropanı söymək üzərində qurulub. Rəsmi şəxslər, iqtidarın nəzarətində olan media hər gün 24 saat Avropanı söyür, amma Azərbaycanın Avropa Oyunları keçirməsi ilə öyünürlər. Bunun özü bir oyundur, hiylədir!

Hakim siyasət bizdə antiAvropa oyunları üzərində qurulub - nə oyundan desən çıxmağa hazırdırlar ki, təki Azərbaycan ictimai göstəricilər üzrə Avropaya bənzəməsin, ona yaxınlaşmasın. Seçkilər, insan haqlarının vəziyyəti, korrupsiyanın ləğvi, ədalətli məhkəmənin mövcudluğu - bütün bunlar Avropanın ən vacib dəyərləridir. Avropa bu dəyərlərlə yaşayır. Bizim hakimiyyət isə bunları rədd edir, bunları tələb edən Avropanı söyür, paxıl, düşmən adlandırır. 

Hələ bu harasıdır, Avropadan olan yaramaz siyasətçiləri tapır, pulla, kürü ilə ələ alır ki, onlar sussunlar. Nəyə sussunlar? Azərbaycan xalqına edilən zülmə! Buradakı oğurluğa, korrupsiyaya, qanunsuzluğa, saxtakarlığa! Bunlar isə Azərbaycan xalqının maraqlarına aid məsələlərdir.

Hamı şahiddir, Avropa Oyunlarından öncə vətəndaş cəmiyyətinin nümayəndələrinə total hücumlar başladı, siyasi həbslərin sayı durmadan artdı. Necə deyərlər, əsl antiAvropa oyunları keçirildi. Indi də Avropa Oyunları keçirib, pulları göyə sovurub, guya Azərbaycanın adını qaldırmaq istəyirlər. Bu qədər siyasi həbslə Azərbaycanın adı bədnamdırsa, atletlərin Bakıda tullanıb-düşməsi ilə bu adı necə qaldıracaqsınız? 

Həm də Azərbaycan xalqı özü yaxşı gün görməyəndən sonra, o yaxşı ad ona nə verəcək?

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti