|
Cabir Turan Cəfərbəyli
Bir neçə gündü mətbuatda,sosial şəbəkələrdə Jirinovskinin Azərbaycana səfəri haqqında qəzəbli yazılar,statuslar oxuyuruq.Hərkəs onun gəlişindən narazıdı(mən də əlbəttəki),hərkəs onun gəlişinə etiraz etmədiyimiz üçün milləti, onun məhşur ifadəsində adı çəkilən otlayan,mələyən,yunu qırxılan,əti yeyilən heyvana bənzədilməsinə nə üçün susqun qaldığı səbəbiylə qınayır.Və bu səbəbdən dolayı Jirinovskiyə haqq qazandırır.Şəxsən bu haqda fikir bildirən azı min rəy oxumuşam.Hamı kimisə qınayır,hamı kimisə günahlandırır ki, niyə Jirinovski əlini-qolunu sallaya-sallaya gəzir və biz susuruq..Camahəət,millət elə biz-mən,sən,o!!Bu kəskin münasibət bildirənlərdən kimsə çıxıb etiraz etdimi?Kimsə real həyatda cınqırını çıxardımıı???Yoox,heç "mıqq"-da etmədik.Burda kimsə jurnalist olsun,digər peşəsi olsun,fərq etmir.Vətəndaş mövqeyini hər kəs bildirməlidir,tək virtualda yox...Bildirmədik ki?Onda kstati,SUSAQ!!!!Biz BUYUQ!