Kamaləddin Vilayətoğlu

Avropaya gedib-qayıdan dost tanışlardan oraların ab-havasından, həyat şəraitindən, insanlara verilən azadlq və təminatlardan eşidəndə,qanunsuzluq və rüşvətxorluq çirkabına qərq olunmuş bu ölkədən adamın lap qaçmağı gəlir. Təbii ehtiyatlar sarıdan bizdən kasad olan bu ölkələrdə - zəkaları, niyyətləri və dürüstlükləri sayəsində yaratdıqları insani və ümumbəşəri standartlar bu gün bütün dunya üçün etalon olmuşdur. Bütün bunların yaranması və həyata keçməsi üçün isə, əlbəttə həmin xalqların önündə gedən, başında duran insanlarınniyyəti və məqsədi əsas məsələdir. Məsələn, çox da uzağa getmədən ən yaxın qonşumuz Gürcüstanı bunamisal göstərmək olar. Təbii sərvətlər baxımından bizdən qat-qat kasıb olan və son əsirlik taleyini  bizimlə birgə yaşayan bu ölkənin başında duranların dürüst və qanuni xidməti sayəsindəartıq demək olar ki, bir “ cənnət” yaradılmışdır.
Deyirlər Avropada və ya Gürcüstanda olanda adamı başqa bir hiss, başqa bir emosiya bürüyür. Deməli qanunların işləməsi, xalqın rifahına, güzaranına istiqamətlənmiş qanunların qəbul edilməsi- insanların təkcə güzaranın deyil, həm də  dövlətə olan məhəbbətini yüksəldir. O insan bilir ki, onun hüquqları dövlət tərəfindən qorunur və onun dövləti zəifləyərsə onun hüquqları da təhlükə altına düşə bilər. Bizdə isə hər şey tərsinədir. kiçik bir arayışdan tutmuş –ta insan taleyinə qədər hər şey rüşvətlə həll olunur. Hər yerdə, hər işdə bürokratik əngəllərlə, bezdirici süründürməçiliklə və sairlərlə rastlaşırsan. Bu əngəllər isə, insanları istər maddi baxımdan, istərsə də  mənəvi baxımdan daha pis vəziyyətə salır. Misal üçün Gürcüstanda dövlət məmurlarını səhvlərinə görə cəzalandırmaq və ya tutduğu vəzifədən azad etməko qədər də çətin olmur. Bizdə isə- öz dədəsinin mülki kimioturduğu yerə sahiblənib istədiyi kimi insanlarla rəftar edirlər. Çünki bu vəzifə sahibləri isanları özlərinin şəxsi mülki kimi görürlər. Onları istər maddi cəhətdən, istərsə də mənəvi cəhətdən alçaldaraq təhqir etməklə səfalət içərisinə salmaqdan belə çəkinmirlər. Bu məmurlar dövlət içində bir dövlət  kimi fəaliyyət göstərirlər. Özləri üçün monopoliyalar yaradır, nəticədə bir ağaya çevrilirlər. Bütün bunları gördükdə bir sual ortaya çıxır – görəsən bu baş verənlər hökmüdarın niyyətidir, yoxsa riyakar məmur özbaşınalığının xisləti?  Hər halda düşünməyinə dəyər.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti