Şahvələd Çobanoğlu 

Dünən gün boyu sosial şəbəkələrdə əksəriyyət Barak Obamanın Azərbaycanla bağlı dediklərini yayır, müzakirə edirdi. Insan haqlarına, azadlıqlara basqılara görə Azərbaycanın adı Rusiya, Çin, Venesuela ilə yanaşı çəkilirdi bu çıxışda. Əslində, Azərbaycanın deyil, onun hakimiyyətinin adı çəkilir burada. Hakimiyyətin mənfur əməllərindən söhbət gedir o çıxışda.

Indi YAP-çılar deyir ki, Obama obyektiv deyil. Rusiya barədə, Çin və Venesuela haqda da obyektiv deyildi ABŞ prezidenti? Nə oldu, bircə Azərbaycan barədəmi obyektiv olmadı? Nə edirsiniz edin, nə söyləyirsiniz söyləyin, artıq kimlərlə bir sırada, hansı siyahıda olduğunuz bəllidir. Imitasiya etməyə də yer yoxdur, buna yer də qoymadınız. Azərbaycanda soyğunçu və avtoritar bir rejimin olduğu hər kəsə bəllidir, dilə almayanlar da deməyə məcbur olur.

Amma bir şeyi deməyimiz vacibdir. Hansı mövqedə olmağından asılı olmayaraq, hər kəs bilməlidir ki, bizim gələcəklə bağlı mülahizələrimiz Obamanın çıxışana görə qurulmayıb. Azərbaycan bütün hallarda dəyişəcək, Baraka Obama sussa da, hətta qayıdıb Azərbaycandakı durumu tərifləsə belə. Biz ABŞ prezidentinin çıxışına, Avropa Parlamentinin sərt qətnaməsinə görə inanmırıq dəyişikliyin olacağına. 

Biz bilirik ki, bu qədər haqsızlığa heç bir xalq dözməz və dözmür də. Bu qədər insan çəkinmədən həbsxananı seçir, amma dəyişmək arzusundan, inamından dönmür. Bunlar bu xalqın övladlarıdır, bir məktəbdə, bir bölgədə yetişməyiblər, bir yaş nəsli deyillər, bir partiyadan deyillər, bütünlükdə xalqı təmsil edirlər. Hələ həbs olunmayanları demirik. Ola bilər bu çətin günlərdə birbaşa repressiya bıçağı altında olanlardan az sayda insan ölkəni tərk edib, amma dəyişiklik arzusu ilə yaşayanlar bütünlüklə yerindədir. 

Rusiyaya, neftə və qaza, xalqın müvəqqəti əzgin və çaşqın halına arxalanıb gələcəyi görməzdən gəlmək mənasızdır. Elə inamlar var ki, nə qədər vaxt keçsə də ölmür. Elə arzular var ki, illər ötsə də, yaşayır, əbədidir. Tarixi şərait də dəyişəcək, çünki Rusiyanın avtoritarlığı yaşadan rolu da artıq dünyanın dartışılan əsas məsələsidir. Yəni tarix də tələbini ortaya qoyub. Üstəlik, biz bilirik ki, bir xalq öz tarixini Səyavuş Novruzovun yönətim şərhləri ilə davam edə bilməz.

Obamanın çıxışından, Avropa Parlamentin qətnaməsindən asılı olmayaraq dəyişiklik olacaq. Azərbaycan bir qrupun talan və yalanından qopub öz gələcəyini quracaq. Elə Obamanın çıxışı da, Avropa parlamentin qətnaməsi də bunu deyir.

Sosial şərtlər də məcbur edir dəyişikliyin olmasını. Son günlərin ən qaynar mövzusu nədir bizim ölkədə? Yas məclislərindəki bolluq, israfçılıq. Bu məsələnin gündəmə gəlməsinin arxasında çox ciddi səbəb durur. Doğrudan da ağır adət halını alıb yas məclisləri. Amma heç kim bu məclislərdə yeməyi-içməyi çölə atmır, sadəcə böyük əksəriyyətin gücü  çatmır ən sadə məclisləri təşkil etməyə. Hakimiyyət də bilir ki, artıq əhali yas məclislərini yola verə bilmir. Bu da insanları yaralayır, ciddi dərəcədə narazı salır. Ona görə əl gəzdirir adətə.

Xalq bu gün susursa, bu, onun məmnunluğundan deyil. Seçkilər hər şeyi demirmi? Hakimiyyət istənilən seçkini uduzur və saxtalaşdırmadan ötüşə bilmir. Xalqın dəyişiklik istəyinə bundan artıq dəlilmi var?! TV-ləri, KIV-ləri, zalları, masaları, meydanları yaltaqlarla doldurmaq durumu dəyişmir. Xalq bu cür yaşamaq istəmir.


Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti