Azər Sarıyev

Səudiyyə Ərəbistanının kralı çox ədalətsiz bir qərar qəbul edib: bir dəfə Həcc ziyarətində olanlar Məkkəyə ikinci dəfə zəvvar qismində gedə bilməyəcəklər. Yəni kral həzrətləri bundan sonra bir neçə qat "Hacı" olmaq istəyənlərin arzularını ürəklərində qoyub. Mən bu kişini adil bir padşah, cümlə müsəlmanların mənəvi atası, əhli islamın ağsaqqalı bilirdim. 

Heç gözləməzdim...! 

A kişi, bunu edirdinsə, əvvəlcədən belə edərdin də. 

Mən heç Həcc ziyarətində olmamışam, gecə-gündüz yeməyib, içməyib pul yığırdım ki, müqəddəs məkanı ziyarət edim, işsizlik imkan vermədi. Güc-bəla ilə bir sponsor tapmışdım, uşaqlara bir kisə un, bir motal pendir və bir də onlardan halallıq almışdım ki, bu bəd xəbər gəldi. 

Deyərsiniz ki, sən ziyarətinə get, həmin qərarın sənə nə dəxli? Necə yəni nə dəxli? Tutaq ki, mən getdim ziyarətə, oldum hacı. Yəni bir qat hacı. Amma dostlarımın içində 3 qat, 4 qat, hətt 10-15 qat həcilər var. Bəs bu qərardan sonra dostlarıma necə çatım? Onlardan geri qalım? Onlar yas yerində, saunada, adını çəkə bilmədiyim başqa məkanlarda və çevrələrdə qürrələnəndə ki, "mən 5 qat həciyəm", "mən 8 dəfə müqəddəs məbədi ziyarət etmişəm", o zaman mən nə deyim? 

Bundan başqa, tutaq ki, ziyarətə gedib-gələndən sonra birdən nəfsimin "tormoz"u tutmadı, sükanı əyildi sola, günaha batdım. Mən başıdaşlı bu günahı yumaqdan ötrü hara gedim? Xristian da deyiləm ki, gedim, Müqəddəs ata bağışlasın. Deyirəm, nə bəxtəvər məxluqlardır bu katoliklər. Nə qədər günah edirsən et, axırda get de ki, bəs padre, bir qələtdir eləmişəm, məni çevir rahib və rahibələrinin başına. Vəssalam! 

Məni qınamayın, bu kral haqqında deyəndə ki, masonların, yəhudilərin adamıdır, inanmırdım. Belə məlum olur ki, deyilənlər doğru imiş. Yoxsa bu evi yıxılmamış şeyxül -kəbir durduğu yerdə niyə belə qərar versin? Dəli olmayıb ki, o qədər puldan imtina etsin? 

A camaat, bu kişinin saqqalı uzun, şalvarı gödək adamları məni qanıma qəltan etsə də, deyəcəyəm, bu adam kafirlərdən yanadır. Özü qəsdən belə edir ki, bizim kimi təmiz, əməli saleh müsəlmanlar padre həzrətlərinə üz tutsun və sayəmizdə əhli-islamın sayında azalma getsin.

Əzizlərim, yaxşı xaç suyuna çəkməyi bacaran keşiş tanıyan varsa, xahiş edirəm, telefonunu, yaxud ünvanını verin. Amma bir şərtlə ki, xaç qızıldan olmalı, su da filtirdən keçirilməlidir. Axı mən təmiz... hələlik, müsəlmanam.

Allah kral həzrətlərinə insaf versin! 

Hələ vaxt var...

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti