|
Elşən Əlisoy
Son zamanlar Azərbaycanda radikal dini cərayanlara qarşı rəsmi orqanlardan açıq bəyanatlar verildi. Bu ciddi təhlükəni gec də olsa anladıqları üçün bunlara bir təşəkkür düşür.Axır ki, dövlətçiliyimizə qarşı olan ən böyük təhlükələrdən birini anlamağa başladılar.
Ancaq bu bəyanatlar əsasən Vəhhabilərə qarşı oldu.
Bu gün Azərbaycanda məzhəbçilik salan tək Vəhhabilərdirmi ? Düzdür Vəhhabilərin çox ciddi təhlükə olduğunu heç kim inkar edə bilməz. Çünki manqurtlaşmış və milli dəyərlərə qarşı olan, vətən anlayışını itirmiş bu radikal qruplar ölkədə ciddi şəkildə təşkilatlanmaqdadırlar. Vəhhabilər artıq şəhidlərimizədə dil uzadaraq onların şəhid olmadıqlarını təbliğ edirlər. Ancaq bunlara başımızı qatıb başqa bölücü qrupları diqqətdən kənar saxlamaq olmaz.
İranın Azərbaycanda olan "Desant"ları
İranın Azərbaycanda Şiə pərdəsinə bürünən,əslində isə Şiəliyin ən əsas təməllərindən ola Əhli- beyt sevgisindən uzaq düşüb,İran alimlərinin gözü bağlı əsgərlərinə dönən radikal Şiə qruplarında dövlətə təhlükəsi az deyil. Azərbaycanın Cənub bölgəsində , Bakı kəndlərinin əksəriyyətində ciddi qüvvə kimi formalaşan İran artıq Azərbaycanın mərkəzi bölgələrinə tərəf üz tutmaqdadır. Bəzən dövlətin bu diqqətsizliyinə təəcüb edir və öz - özünədə olsa deyirsən ki, aidiyyəti qurumlar hara baxır?Bəyəm bu qurumlar İrana xəstə daşımaq adı ilə ayda ən azı 10 dəfə səfər edən bir çox adamların əsil məqsədlərini bilmirlərmi... Artıq bu adamların getməyə bəhanələri qalmadığında öz ailə - uşaqlarını müalicə adı ilə İrana daşıyaraq onlarıda bu oyunun iştirakçılarına çevirirlər.
Azərbaycanın aidiyyəti qrumları Azərbaycanda fəaliyyət görsədən İrançı müğənnilərin Xomneiyyə xitabən "Ağam Xomneyyyi" ,"rəhbərim Xomneyyi" adlı musiqilər oxuyub, bu mahnılara disklər yazaraq İran təbliğatını açıq- aşkar, əsasən az yaşlı gənclərin başlarına dolduranların fəaliyyətlərinin hansı nəticələr verə biləcəyini bilmirlərmi ... Bu gün rəhbəri və ağasının Xomnei olduğu beyninə doldurulmuş bu savadsız gənclərin gələcəkdə öz ağalarının verdiyi əmirləri burada icra etməyəcəyini düşünmək savadsızlıq olar.
Erməni namaz qılsa qardaşdır...
Bir zamanlar İranın öz erməni qardaşlığını malalamaq üçün ortaya belə bir mövzu salmışdılar "Erməni namaz qılsa qardaşdır " İranpərəst qüvvələr vətəndaşlarımızı təsirə salaraq,vətənə qarşı biganəlik hissləri formalaşdırır.
Vəhhabilər üçün Suriyada döyüşmək Qarabağda döyüşməkdən necə müqəddəsdirsə, iranpərəst qüvvələr üçün də Fələstində və İranın məsləhət gördüyü yerlərdə döyüşmək bir o qədər müqəddəsdir.
Dövlətin aidiyyəti qurumları bunu görmürlərmi ki, Azərbaycanda məzhəblər arası soyuq savaş gedir...? Bircə qığılcım lazımdır ki, ölkə alova qərq olsun. İrandan Azərbaycana daşınaraq özlərinin dini dükanlarında açıq - aşkar satılan İran Ayyətullahlarının yazdıqları təxribatçı risalələrinin Azərbaycan konstitusiyasına zid olduğunu başa düşməyədə Dövlətin aidiyyəti qurumlarının savadları çatmırmı ? İran Ayyətullahlarının risaləsində olan bir- iki fətvanı nəzərlərinə çatdıra bilərəm. " Sünnidən qız almaq olar , ancaq qız vermək olmaz" və ya " əli bağlı namaz batildir . (Yani ki, Sünninin namazı batildr ) Ancaq Azərbaycan konstitusiyasında kiminsə başqa bir insanın innclarının aşağılanmasına icazə verilmir.
Heç olmasa arada bir bu qüvvələrin nəzarətində olan Çay evlərinə diqqət edin. Buralar əsil separatizm yuvasıdır. Ayılın!!!Arada heç olmasa Dövlətin maraqlarını da düşünün Cənablar!!