Rövşən Binnətli

AVRO-2008-in final mərhələsinin oyunları gedirdi. “Lider” TV-də işləyir, oyunları şərh edir və ayrı-ayrı matçlardan öncə teleicmallara dəvət olunurdum. Türkiyə - Çex Respublikası görüşündə qrupdan mübarizəni hansı komandanın davam etdirəcəyi məlum olacaqdı. İcmalda da aparıcı xətt bu suala cavab axtarmaq idi.
Verilişin digər qonağından fərqli olaraq, mən sualı bir oyunla məhdudlaşdırmayıb, məsələyə Türkiyə futbolundakı mövcud vəziyyət prizmasından yanaşaraq konseptual şəkildə cavablandırmağa çalışdım və qənaətim belə oldu ki, yaxın gələcəkdə onları yaxşı nəsə gözləmir.
Düz başa düşülməmişdim. Hara gedirdim – xeyirdə, şərdə – “Türkiyəpərəstlər”in “söz hücumları” ilə üzləşirdim. Narazılar, heyflərini çıxırmış kimi, fikirlərini “cavabını elə türklər yaxşı verdi” deməklə yekunlaşdırırdılar (0:2 geridə olan Türkiyə futbolçuları çexlərlə dramatik məcrada keçən həmin oyunda qalib (3:2) gəlmişdilər).
Təbii ki, belə üzdən, primitiv, səthi baxışıyla kimsə məni fikrimdən döndərə bilməzdi və mənim də cavabım lokonik, qəti olurdu – “Yaxın gələcəkdə Türkiyə futbolunu böyük turnirlərdə görsəniz, siz deyəndir!”
O vaxtdan üç böyük futbol turniri tarixin yaddaşına verilib – 2010 və 2014-cü il dünya, 2012-ci il Avropa çempionatları: Türkiyə milli komandası onların heç birinin iştirakçısı ola bilməyib. Niyəsini təxminən 6 il öncə televiziya ekranlarından canlı yayımda demişəm – bu ölkənin futbol təsərrüfatında olduqca təhlükəli qütbləşmə var və tərəflər uçurumu aradan qaldırmaq əvəzinə, əməlləri ilə onu daha da dərinləşdirməklə məşğuldurlar. Təəssüf ki, bu müddət ərzində proses nəinki səngiməyib, əksinə, bir qədər də intensivləşib.
Bugünkü futbol sözün həqiqi mənasında elmilik tələb edir. Haray-həşirlə, böyük azarkeş auditoriyasına hesablanmış yalançı “özünə əlqatmaqlarla”, pafosla nəyəsə nail olmaq dövrü çoxdan keçib. Bu fikirlərim də kimlərinsə xoşuna gəlməyəcək, amma bu bir reallıqdır ki;
- İslandiyaya 0:3 hesablı məğlubiyyətə Türkiyə futbolu F.Terimin ekran qarşısına meydanda mübarizə aparan futbolçularından da çox qan-tər içində çıxıb süni qəhrəman obrazı yarada-yarada gəlib;
- “İmperator”un onu tənqid edən jurnalistə telefon açıb, “bığlarını kəsdirərəm” kimi təhdidlər fırlada-fırlada gəlib;
- Rəcəb Təyyub Ərdoğanın kəbin şahidi olduğu və yeni prezidentə xoş olsuna xatir 34 yaşlı Əmrə Belezoğluya gözün üstə qaşın var deməyə-deməyə gəlib;
- Türkiyə futbolunun real istiqamətləndiricisi və sahibi Əziz Yıldırım ola-ola, prezidentimiz Yıldırım Dəmirörəndir deyə-deyə gəlib;
- Şübhəli çempionluqlar, “Trabzonspor”un haqqını yeyə-yeyə gəlib...
İslandiya ilə oyundan öncə ötənlərin ən sevilən futbolçularından olmuş Həsən Şaş görün nə deyir: “İslandiya komandasına topu bizim cərimə meydançasına qədər əllə gətirməyə izn verilsə belə, qapımıza üç dəfədən artıq yaxınlaşa bilməz”. Bu düşüncə yiyəsi Mançinini də belə absurd şəkuldə tənqid edir və alqışlanırdı. Yəqin, sözü dediyi anda, o ağılda olanlar yenə məmnun təbəssümlə dediklərinə ürəkdən gülüblər. Amma Reykyavikdə final fiti səslənərkən hansı ovqatda olduqlarını deyə bilmərəm.
Rüsvayçı məğlubiyyətdən sonra baş məşqçilərin dedikləri də maraqlı və düşündürücüdür. İslandiyanın çalışdırıcısı, isveçli mütəxəssis Lars Laqerbek rəqib həmkarının “B” planının olmasından və ikinci hissədə onu mütləq tətbiq edəcəyindən ehtiyatlandığını, lakin bunun baş vermədiyini dilə gətirir. F.Terim isə diqqəti təbii amillərdə axtarır: “Birinci hissədə küləyə qarşı oynadıq. İkinci hissədə bunun əksinin olacağını düşünürdüm, ancaq külək kəsdi. Qəribədir ki, külək bir də oyun başa çatandan sonra əsməyə başladı”.
L.Laqerbekin yanıldığı göz qabağındadır. Çünki bu açıqlamasından açıq-aydın bəlli olur ki, “İmperator” Fatih hocanın “B” planı əslində olub, sadəcə, onu reallaşdırmaq üçün təbiət şıltaqlığı çatmayıb – külək əsməyib!?
Sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ

qol.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti