|
Elşən Əlisoy
Yenidən Gürcüstana gedəcəyimizi biləndə çox sevindim. Çünki bu dəfə Gürcüstan vətəndaşları olan soydaşlarımızın kompakt yaşadığı ata-baba torpaqlarımızı görmək, orda yaşayan soydaşlarımızın üzləşdikləri problemlərlə yaxından tanış olmaq imkanı qazanacaqdım. Baxmayaraq ki, Gürcüstanın insan haqlarına hörmət qoyan, demokratiyanı mənimsəmiş bir ölkə olduğu haqqında hər kəsdə o cümlədən mənim özümdə də bir fikir formalaşsa da, Gürcü dövlətinin öz vətəndaşları olan azərbaycanlılara qarşı ögey münasibət bəsləməsi haqqında az da olsa məlumatım var idi. Həm də Saakaşvilidən sonrakı Gürcüstan mənim üçün çox maraqlı idi.
Gürcüstan Gömrüyü
Özümüzlə Qarabağ Azadlıq Təşkilatının Gürcüstanda keçirəcəyi görüşlərə, gürcü cəmiyyətini Qarabağ problemi il yaxından tanış etmək üçün bir neçə dildə, o cümlədən gürcü dilində kitablar da aparmışdıq. Azərbaycan gömrüyündə heç bir problemlə qarşılaşmasaq da, Gürcüstan gömrüyündə baxış zamanı bizə, apardığımız erməni vəhşiliklərini əks elətdirən kitabları Gürcüstana buraxa bilməyəcəklərini dedilər. Biz onlara izah etməyə çalışsaq da, kitablara baxış keçirmək adı ilə bizi qatardan düşürərək Qardabanidə olan gömrük polis bölməsinə apardılar. Təxminən bir saatdan sonra kitablara heç bir baxış keçirmədən özümüzlə götürməyə icazə verdilər. Nəticədə heyyətimizin iki üzvü qatarla, QAT Sədrinin müavini Fəridə Əsgərova və mən taksi ilə Tbilisinin dəmiryol vağzalına getməyə məcbur olduq.
Gürcüstan Azərbaycanlılarının sosial problemləri.
Dəmiryol vağzalında bizi qarşılayan dostlarımız bizi qarşılayaraq əvvəlcədən hazırladıqları mənzilə apardılar. Bir gün istirahət etdikdən sonra Marneuli rayonunun Sadaxlı kəndinə tərəf üz tutduq.
Sadaxlı kəndi əhalisinin sayına görə Borçalıda və Gürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir.Kəndə ilk girişdən sosial problemlər özünü göstərməyə başlayır. Sadaxlı kəndi əsasən aqrar kənd olub , əhalinin böyük əksəriyyətinin məşğulluğu kənd təsərrüfatı və sərhədyanı ticarətdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Sadaxlının sərhədyanı ticarətinə də mənfi təsirini göstərir. Gürcüstan dövlətinin həmin kəndlərə gələn su xəttini kəsərək metal qəbuluna satması, kənd təsərrüfatına da öz təsirini göstərib. Bir çox yerlərdə yollar, demək olar ki yararsız vəziyyətdədir.Yaşanan işsizlik probleminin təsiri nəticəsində 18000 – 20000 nəfər əhalisi olan Sadaxlı kənd sakinlərinin sayı 5000-6000 nəfərə qədər düşüb.Nəticədə 97% Azərbaycanlı olan kənd sakinlərinin yerlərini oraya yerləşdirilən Gürcülər, müəyyən qədər də olsa tutmağa başlayıblar. Kənd sakinlərinin dediklərinə görə, sanki düşünülmüş siyasət nəticəsində azərbaycanlıların bu ərazidən köçüb getməsini istəyirlər. Gürcüstanda keçmiş”sovet” istahsalı olan avtomobillərə əsasən azərbaycanlılar yaşayan bölgələrdə rast gəlmək olar. Bu da Gürcüstan azərbaycanlılarının sosial durumunun hansı vəziyyətdə olduğunu göstərir.Kəndin cavanlarının demək olar ki əksəriyyəti işləmək üçün Azərbaycana üz tutublar. Azərbaycan dövlətinin isə miqrantlarla bağlı hazırladığı qanun, Gürcüstan Azərbaycanlılarının onsuz da dözülməz olan vəziyyətlərini biraz da çətinləşdirib...
Gürcüstan azərbaycanlılarının erməni problemi
Azərbaycan kəndlərinin bir çoxu - Sadaxlo Mollaoqlu, Beytarabçi, BurmaTəzəkənd Ermənistanın içinə doğru uzanır. Bunun nəticəsi olaraq azərbaycanlılar, ermənilər tərəfdən şərqdən və qərbdən sıxışdırılaraq öz doğma torpaqlarından çıxarılmasına çalışılır. Ermənistanın bir çox yerlərdə sərhədlərini Gürcüstan ərazilərinin içinə doğru çəkməsinə Gürcüstan dövlətinin seyrici qalması, həmin ərazilərdə yaşayan azərbaycanlıların hansı təhlükəli vəziyyətdə olmasını göstərir.Bizim də gedib yaxından tanış olduğumuz Burma kəndi erməni təhlükəsini daha ciddi yaşayan bölgələrdən biridir. Ermənistan dövləti özünün sərhədlərini Gürcüstanın içinə doğru çəkərək Burma kəndinin ərazisini zəbt edib. Hazırda kəndin azərbaycanlı yaşayan 5 evi Ermənistan dövlətinin ərazisinə “düşərək” Ermənistan ərazisi hesab edilir. Burma kəndində sakinlər bildirirlər ki, ermənilər kəndə TANK və BTR- lərlə gəlirlər. Bir neçə dəfə olub ki, kəndin üstündə odun yığan və ya mal-qarasını otaran azərbaycanlılar, ermənilər tərəfindən tutularaq Ermənistana aparılıb işgəncələrə məruz qalıblar. Gürcüstan-Ermənistan sərhəddində Bəytarabçı kənd sakini, Gürcüstan vətəndaşı olan azərbaycanlının bütün əkin-biçin ərazisinin və bağ-bağatının yerləşdiyi torpaqlar işğal olunaraq Ermənistan ərazisinə birləşdirilib. Gürcüstan dövləti isə onların təhlükəsizliyini fikirləşmir. Hazırda 500-dən artıq Ermənistan vətəndaşı Gürcüstan ərazisi sayılan ərazilərə qanunsuz şəkildə yerləşdiriliblər və oranın torpaq sahələrindən istifadə etməkdədirlər Kəndin yaxınlığında ermənilərin böyük bir hərbi hissəsi olmasına baxmayaraq ərazidə 5-6 nəfər Gürcüstan əsgəri var. Onlar da hər gün yeyib-içib yatırlar. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etmək üçün müharibə edərsə və ya ermənilər Azərbaycanda olduğu kimi Gürcüstanda da ərazi iddiasına düşərək daha ciddi seperatizmə əl atarlarsa onda Gürcüstan dövləti tərəfindən təhlükəsizliyi təmin olunmayan azərbaycanlıların başlarına gələcək faciələri başa düşmək heç də çətin deyil. Gürcüstanın Ninosminda şəhərindəki gənclər evinin önündə qondarma erməni soyqırımına abidə ucaldılması, Gürcüstan ermənilərinin də Ermənistanın siyasətindən kənarda olmadığını göstərir.
Gürcüstan Azərbaycanlılarının təhsil problemi
Getdiyimiz Azərbaycanlılar yaşayan yerlərdə əsasən məktəblərin vəziyyəti ilə maraqlanmağa çalışdıq. Azərbaycanlılar yaşayan bölgələrdə olan məktəblər olduqca bərbad vəziyyətdədir. Köhnə, uçuq məktəb binaları nəinki təhsi almağa yaramır, bu binalar çox ciddi xəstəlik mənbəyidirlər. Bir çox məktəblər bir dağılmış otaqdan ibarət olan uçuq və palçıqla suvanmış kiçik daxmada yerləşir. Bəzi orta məktəblərsə uçuq otaqlardan ibarətdir ki, buraya bir çox valideyinlər uşaqlarını göndərmək istəmirlər. Azərbaycanlıların təhsil aldıqları məktəblərdə çox ciddi kadr çatışmazlığı var. Sakinlər bildirirlər ki, bununla bağlı Azərbaycan Təhsil Nazirliyinə də müraciətlər etmişik. Lakin təəssüflər olsun ki, müraciətimizə diqqət yetirilmir. Sakinlər onu da bildiriblər ki, onlardan fərqli olaraq Gürcüstandakı erməni məktəbləri normal şəraitdə fəaliyyət göstərirlər. Erməni məktəblərinin bütün avadanlıqları demək olar ki, Ermənistan tərəfindən göndərilir. Gürcüstanda kifayət qədər Azərbaycandan olan iş adamlarının olduğunu deyən sakinlər , azərbaycanlı iş adamlarının onlara köməklik etmələrininin vacib olduğunu bildirdilər.
Qarabağ üçün döyüşməyə hazır olan Gürcüstan azərbaycanlıları
Gürcüstan azərbaycanlıları ilə danışdıqda onların Azərbaycan sevgisinə heyran olmaya bilmirsən. Azərbaycanlıların millətsevərlik səviyyəsini ancaq 1988-90 –cı illərlə müqayisə etmək olar. Qarabağdan danışmaqdan doymurlar. Görüşdüyümüz hər bir insanın içində Qarabağ uğrunda döyüşmək arzusu var. Gürcüstan azərbaycanlıları əsasən Gürcüstanda təşkil edilən erməni –azərbaycanlı “ dialoq”larından çox narahatdırlar. Hər yerdə bizə bildirirdilər ki, Azərbaycan ermənipərəst vətəndaşlarına bura nəyə görə gəlməyə icazə verir. Azərbaycanlılar torpaqlarımızın işğalı ilə bağlı tədbirlər keçirtdiklərini , ancaq Azərbaycan dövlətindən bu işlər üçün heç bir ciddi dəstək görmədiklərinidə bildiriblər.
P.S. İnanmağa çalışırq ki, Azərbaycan dövləti bütün bunlardan nəticə çıxardaraq Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə diqqətlə yanaşacaqlar
Elşən Əlisoy