Natiq Muxtarlı 

 "Qarabağ”ı Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığına görə təbrik etməyəcəm. Bunun üçün əlimdə tutarlı fakt var. Amma “Qarabağ”ı da, Qurban Qurbanovu da təbrik etmək üçün əlimdə başqa səbəb var. Özü də tutarlı səbəb.

Ancaq əvvəlcə Böyükağa Hacıyevə salam vermək istəyirəm. Sonra deməsin ki, bağda ərik var idi...

 Salam əleyküm, Böyükağa müəllim. Deyirlər ki, “Partizan”la oyundan sonra tam başqa “Zəif” görüblər axı mətbuat konfransında. Demisiz ki, Vobay yorulduğu üçün özü əvəzlənməsini istəyib.

 Salam əleyküm, Şakir Şəkəroviç. Biz deyəndə ki, “Neftçi”də fiziki hazırlıq qaydasında deyil, ağzınıza Ordubad əriyi yerləşmirdi.

 Deyirlər ki, “sizə elə gəlmir ki, Flavinyo artıq “yatıb”” demisiz.

 Bir daha salam əleyküm, Böyükağa müəllim. Flavinyonun “yatdığını” 2 il bundan əvvəl demişdik ey sizə.

 Onu da deyirlər ki, demisiz ki, “ölüm, ya olum söhbəti idi”. Məqsədi də ona görə buraxmamısız meydana. Demisiz ki, Məqsəd Azərbaycan çempionatı üçün hazırdır.

 Salam Allah salamıdır, Böyükağa müəllim. Onu hər dəfə verəndə almaq lazımdı.

 Bir daha salam əleyküm, Şakir Şəkəroviç. Biz deyəndə ki, sizin yetişdirdiyiniz futbolçular ancaq Biləcəridən bu tərəfdə oynaya bilər, onda Ordubad bağlarından ərik dərirdiz. “Ölüm, ya olum” söhbətində yetişdirdiyiniz meyvələrdən yeyə bilməzsiz.  Zəhərləyərlər sizi. Xudahafiz, Böyükağa müəllim.

 ***

 “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamalıydı. “Zalsburq” məğlub edilməliydi. Vəssalam. Elə ona görə də “Qarabağ”ı təbrik etməyəcəm. Bizi Çempionlar Liqası həyəcanından məhrum etdiyinə görə.

 Amma “Qarabağ”ı da, hələ üstəlik Qurban Qurbanovu da təbrik edəcəm.  Azərbaycanı Böyükağa Hacıyevin “mən avroliqanın qrup mərhələsində oynamış məşqçiyəm”, Tahir Süleymanovun “biz avroliqanın qrupunda oynamış komandayıq” minnətindən xilas etdiyinə görə. 

 Düz 2 il idi ki, Azərbaycan bu minnətin altında əzilirdi. Azərbaycanı bu minnət yükündən qurtardığınıza görə, sizə təbrik düşür. Özü də böyük təbrik. Təbrik edirəm, “Qarabağ”! Təbrik edirəm, Qurban Qurbanov!

publika.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti