Sərxan Carçı 

Dünyada maraqla qarşılanan, ən ziddiyətli kitablardan biri də Barnabas İncilidir. Bu kitabı xristian aləmi bir cür qəbul edir, islam dünyası bir başqa cür. Bu İncili dindarlar da araşdırır, tarixçilər də, siravi insanlar da. Hətta siyasətçilər də Barnabas İncili ilə ilgilənir. Ən təzadlı məqam isə odur ki, bu incili görən, araşdırmaq istəyən insanlar çox keçmir ki, dünyasını dəyişir. Axırıncı yazdığım cümləni hər nə qədər ara sözü kimi qəbul etsələr də, heç təsadüfi deyil ki,Türkiyənin ən ünlü siyasətçisi, rəhmətlik Mühsin Yazıçıoğlu ömrünün son günlərində bu İncilin köklü tədqiqatına başlamış, hətta milyonlarla pul ayırıb hollivud səviyyəsində film çəkdirmək istəyirmiş. Amma çox keçmir ki, bəlli olduğu kimi dünyasını dəyişir. 

  Bütün bunları bilə-bilə mən də Barnabas İncilini oxumaq və incələmək eşqinə düşdüm, bu kitabla çox maraqlandım. Çox axtarandan sonra bəlli oldu ki, dağa-dərəyə düşməyə ehtiyac yox imiş. Demə bu kitab doğma partiyamın sədri Mirmahmud Mirəlioğluda var imiş. Kitabı alıb başladım oxumağa. Oxumaq nə oxumaq? Oxuduqca heyrətə gəldim. İndiyə qədər dostlarla bölüşdüyüm vacib Quran gerçəklikləri hamısı orda var və ən əsası daha sadə dildə yazılmış formada. Düzdü, deyəsən öz mövzumla dostları, oxucuları çox yormuşam, amma çox maraqlandığım mövzunu olduğu kimi Barnabas İncilindən oxudum deyə, ordan da olduğu kimi sizinlə bölüşürəm. Ola bilsin bu mövzuda bir daha yazmayacağam deyə bəri başdan hər kəsdən bu yazını da diqqətlə oxumağı xahiş edirəm.
    Yuxarıda da qeyd etdiyim kimi bu müqəddəs kitabı xristianlar və müsəlmanlar fərqli qəbul edirlər. Biz müsəlmanlara görə bu İncil Quranda barəsində bəhs edilən gerçək İncildir. Xristianlar isə bunu inkar edir, onlara görə bu sıradan, müsəlmanlar tərəfindən yazılmış bir kitabdır və buna kifayət qədər dəlil-sübut gətirirlər. Olsun, razıyam ki, o kitabı müsəlmanlar yazıb, amma Hz. İsa dövrünün müsəlmanları yazıb.
    İllərdir söyləyirik ki, insan dediyimiz məxluq sadəcə gördüyümüz bu fizik vücudumuzdan (bədənimizdən) ibarət deyil. Düzdür insanlar ruhumuzun da olduğunu bilirlər. Amma elə ruhumuzu da düzgün dərk etməmişik. İndilərə qədər elə bilmişik ki, yuxuda gördüyümüz  mənimiz, öləndən sonra qiyamətə qədər bərzax aləmində, qiyamətdən sonra isə cənnətdə və ya cəhənnəmdə  yaşayacaq vücudumuz ruhumuzdur. Halbu ki, belə bir mənbə heç yerdə yoxdur ki, bunu deyənlər ona əsaslansınlar. Ruh Allahın bizə özündən üfürdüyü bir əmanətdir. İndiyədək ruhumuz bildiyimiz isə bizim nəfs vücudumuzdur.

 Cənab haqq öz kitabında bizi (fizik vücudumu) öz qatındakı palçıqdan yaratdığını deyir (Hicr-26, Rəhman-14).  Bu bədənimizi isə bir nəfslə səvva etdiyini deyir(Şəms-7). Ən sonda isə bizə özündən ruh üfürdüyünü deyir (Səcdə-7, 8, 9, Səd-72). Bunların üçünədə yaradıcımız əmanət deyir və Allaha təslim edilməyinin fərz olduğunu buyurur. Bir-biri ilə iç-içə olan bu vücudumuzdan Allaha ilk təslim olacaq ruh vücudumuzdur. Bu ilk təslimiyyət isə bunu Allahdan istəməklə olur. Cuzi iradəmizi kullanaraq, qəlbdən, həqiqi bir istəklə, (ruhumuzu) Allahı qovuşmağı diləməklə gerçəkləşir. Yazdığım hər cümlənin arxasında ayə də yazıb, sözümün Allahın gerçəkliyi olduğunu izah edə bilərəm. Sadəcə olaraq bu barədə çox yazmışam, bəlkədə hələ çoxunuzu yormuşam da. Amma İncildə bunları olduğu kimi və daha sadə dildə görəndə, vacib (çox vacib) mövzu olduğunu nəzərə alıb, bu dəfə də gerçək İncildən oxuduqlarımı bölüşürəm.
    Əslində Barnabas İncilində çox Quran gerçəkliklərinə rast gəldim, hansı ki, bunu din adamları inkar edir. Amma dediyim kimi onların içindən ən önəmlisini yazım...
İncilin 105ci bölümündə oxuyuram: “İsa yenə belə dedi: İnsanı meydana gətirən üç şey vardır, hər biri kəndi başına ayrıca üç şey-Ruh, Nəfs və Cəsəd(bədən)”.
Başqa bir yerdə isə Hz.İsa buyurur: “Allahın olanı Allaha verin”. Bayaq yazdığım Səd surəsi 72  və başqa ayələr gərəyincə bizdə Allahın olan tək şey, Allahın bizə özündən üfürdüyü, başqa bir yerdə adına əmanət dediyi ruhdur ki, bu əmanət ruhu bəlli bir vaxtda sahibinə qaytarmağı diləməliyik. Necə ki, Hz İsa kitabın “insan Allahı necə sevməlir” adlı bölümündə buyurur: “İçində sevgi xəzinəsinin yatdığı ruhunuzu satın almaq üçün, duyularınızı Allaha verməsəniz dəli olarsınız. Çünki sevgi heç bir şeylə müqayisə edilməz bir xəzinədir. Allahı sevən üçündür Allah və kimin Allahı varsa hər şeyi vardır”.

Qeyd: Deyirəm bəlkə elə Mühsin başqan da Barnabas İncilini oxuyandan sonra bu məhşur beytlərini yazıb:
Ruhumu dinliyorum,
Zikrə dalmışdır hər şey...
Ey sonsuzluğun sahibi,
Sana ulaşmaq istiyorum...

Qeyd: Təbii, bu kitabda da tərcümədən filan doğan yanlışlıqlar ola bilər. Amma nəinki sevgili peyğəmbərimizin, hətta hz.İsanın bu qədər sadə dildə dediyi sözlərdən sonra doğrudanmı əlimizi Allaha açıb, ona təslim olmağı, ruhumuzu ölmədən öncə ona qovuşdurmağı, yaradanımıza dost olmağı diləməyəcəyik?

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti