Elşən Əlisoy

Savalan dağının hər zaman dumanlı olan qarlı zirvəsi bir nura boyanmışdı. Savalanın uca sıldırım bir qayasının üstündə vüqarlı , iri sinəsini qabağa vermiş bir Bozqurd, üzünü Arazın bu tayına tutub ulayırdı. Bozqurd sanki müjdə verirdi. Bozqurd repressiya içində boğulan Azərbaycan xalqına Allah tərəfindən göndərilən bir xilaskar gəldiyini müjdələyirdi. Qoca Bozqurd illər idi ki, bu günü gözləyirdi. Müdrik Qurd Mustafa Kamal Atatürkün halından xəbərdar idi və bilirdi ki, Türklərin mərhəmətli Tanrısı Türk millətini Atatürkdən sonra kimsəsiz qoymayacaq. Ulu Tanrı mütləq Türk millətinə sahib duracaq birini göndərəcək. Camaat da çoxdan idi ki, Savalanın zirvəsində Bozqurd ulaltısı eşitmirdi. Hamı sevinc içində idi . Tanrıdan müjdə gəlmişdi. Qoca Bozqurd üzünü Təbrizə tutaraq uca və vəhiməli səsi ilə ara vermədən ulayırdı. Bozqurd elə bil qolları qandallı, ikiyə bölünmüş Azərbaycana- xilaskarın gəldi,qollarına vurulan zəncirlər qırılacaq deyirdi. Arazın bu tayında, Kələki deyilən qədim Türk yurdunda ömrü iztirablar içində keçmiş Mehrinisə ana yeni doğulmuş körpəsinin sevincini yaşayırdı. Yeni doğulmuş körpəyə Kərbəla düzündə Azadlıq və haqq uğrunda şəhid olmuş Əbülfəzl Abbasın adını qoydular. Bu da Tanrının müjdələrindən biri idi. Çünki Tanrı bu körpənin qismətinə Azadlıq aşiqi olmağı yazmışdı. Qoca Bozqurd Üzünü göylərə tutaraq Tanrıya dua edirdi. Qoca Bozqurd Tanrının göndərdiyi Əbülfəzə çox daşlar atılacağını bilirdi. Necə ki, o daşlar bir zaman Tanrının son peyğəmbərinə atılmışdı. Bozqurd o daşlar üçün dua edirdi. O daşları atan, qula çevrilmiş cahillərin hidayət olunması üçün dua edirdi. Qoca Bozqurd bilirdi ki, o daşı Əbülfəz Elçibəyə atanlar sonda o daşlar üçün çox peşiman olacaqlar və o daş atan əllərinə Tanrıdan bəla istəyəcəklər. Bax onda bu millət özünə qayıdacaq, öz kimliyini, Əbülfəz bəyin Tanrı tərəfindən xilaskar olaraq göndərildiyini biləcək. Qoca Bozqurd bilirdi ! O bilirdi ki, Tanrının göndərdikləri heç  zaman xalqına asi olmayacaq. Necə ki, Əbülfəz bəy dedi." Mən Xalqdan razıyam - heç vaxt ondan narazı olmamışam və olada bilmərəm.Həmişə də deyirəm ki, insan Xaliqə yaxınlaşmaq istəyirsə xalqın içindən keçib getməlidir. Xaliqə ən yaxın yol xalqı sevməkdən keçir."  Həm də Əbülfəz bəy bu sözü ona atıan daşları bir yerə yığaraq deyirdi. Əbülfəz bəy o daşların itməyinə qorxurdu. Çünki, ona atılan o daşlar vətən daşları idi. Əbülfəz bəy, "Sevgim millətimə !Vurğunluğum Azadlığa və Ədalətə! İtaətim Müəllimlərimə !Borcum dostlarıma və məsləkdaşlarıma ! Nifrətim yalançılara və simasızlara" deyirdi Qoca Bozqurd, Əbülfəz bəyin millətin yaddaşını .kimliyini özünə qayıtmağına vasitə olacağını bilirdi. Qoca Bozqurd onu da bilirdi ki, xalq öz Elçisini tanıyacaq. Qoca Bozqurd bilirdi ki, Əbülfəz Elçibəy Tanrıya qovuşduqdan sonra da onun adı bütövlük, azadlıq, özünə qayıdış vasitəsi olacaq.

Allah sənə rəhmət eləsin Bəy! Sənin getdiyin yol boş deyil. O yolun milyonlarla yolçusu var. İnşallah sənin arzularına çatacağıq.

Elşən Əlisoy

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti