Soylu Atalı

Soylu Atalı - Mütləqə İnam Ocağının Yükümlüsü.

Sənət Tərəqqi Yoludur

“Sənət vasitəsiylə biz dünyanı və özümüzü kəşf edirik”

(Asif Ata)

Sənətin gücü – ümumiləşdirmələr yolu ilə həyatın mənasına, insanlığın dərin qatlarına nüfuz 
etməsindədir. Ancaq ümumiləşdirmələr aparmaq üçün ictimai həyatın qaydaları ilə insani xüsusiyyətlər 
arasındakı əlaqəni dərk etmək gərəkdir. Eləcə də insanın mənəvi varlığına mədəni təsirlərin müsbət və 
mənfi çalarları doğru qiymətləndirilməlidir. Bu isə sənətkardan yüksək istedad, peşəkarlıq və cəsarət tələb 
edir...
Hər bir konkret hadisənin arxasındakı ümumi prinsipləri qavramadan sənətin ictimai nizamdakı rolunu 
təmin eləmək mümkün deyil. Xəyal dünyası ilə real dünya arasındakı bağlılıq yarada bilməyən sənət 
təsir gücünü itirir və bu gündən sabaha yol başlaya bilmir. İctimai özülü olmayan təxəyyül məna yükü ilə 
zənginləşə bilməz, yaxud əksinə. Belə təxəyyül tərəqqiyə örnək olaraq nə verə bilər ki?! Xəyallar, arzular
dünyasından real dünya üçün inkişaf zəmini yaratmayan sənətin yönü cəfəngiyyata bərabərdir. Adətən 
sənət iki cəhətdən cəfəngiyyatlaşa bilir. Birincisi, yuxarıda dediyimiz kimi, gerçəklikdə (real dünyada) 
özülü olmayan mücərrəd xəyal hadisələri uyduranda (adətən belə faktlar ən çox dini baxışlarla bağlı 
olur). Məsələn, İsa Muğannanın “saf ağ” dünyagörüşündən qaynaqlanan “kosmik tayfa” obrazları. Bu 
obrazların gerçək dünyada heç bir özülü, söykənəcəyi yoxdur. 
İkincisi, sənət pozuntuya uğramış ictimai etikanın insani məcraya düşməsinə yardımçı olmaq əvəzinə, 
bu pozuntuları az qala həyat normativləri kimi sadalamaqla yetərlənəndə. Heç bir yeni düşüncə, yeni 
hal yaranmır. Burada ”sənət sənət üçündür” deyimi özünü doğruldur (buna elmdə dekadentlik – ümid 
düşkünlüyü deyirlər). Bir sözlə, ictimai həyatın inkişafına təkan verməyən, yaxud əngəl olan sənət 
örnəkləri bədii cəhətdən alınmış olsa da, idraki baxımdan cəgəngiyyata çevrilirlər. Belə olanda ümumi 
sənətin bir yönü olan teatr və kino faktı da zədələnmiş olur. Çünki bəlli olduğu kimi, sənətin bu iki
sahəsi bədii ədəbiyyata bağlı şəkildə inkişaf edir. İnkişaf elədikcə mədəni həyatımıza təsiri də böyüyür.
Ancaq bu gün biz bu təsirin mövcudluğundan sinədolu danışa bilmirik. Həm bədii ədəbiyyatın milli şüura 
təsir göstərən mövzusu yoxdur, həm də həyatımızın başqa sahələri kimi bu sahə də dəllallar dünyasının 
ümidinə buraxılıb. Çağdaş sənət biznes vasitəsinə çevrildiyi üçün həyatın kölgəsindən başqa bir şey deyil. 
Konkret olaraq, bugünkü teatr yüngül əyləncələr nümayiş etdirməkdən, təlxəklik simasızlığı yaratmaqdan 
uzağa getmir. Söz yox ki, sənət dünyasının istedadlı nümayəndələri yox deyil. Ancaq onların da işi 
ümumi həyat tıxacına düşüb. Ümumən sənəti həyatının üzvi hissəsi kimi anlamayanların fəaliyyəti ictimai 
düşüncəyə təsir göstərən sənət yaratmaqdan deyil, sənəti vasitəyə çevirib pul qazanmaqdan ibarətdir.
Sənət də məişətin təminatçısına çevrilirsə, onda tərəqqidən danışmaq əbəsdir. 
Doğrudur, dünya daim dəyişir. Dəyişdikcə də yeni tələblər doğurur. Ancaq bu tələblər dəyişikliyi müsbət 
məcraya yönəltmək anlamı daşımalıdır. Əks halda, sənət bu dəyişilmənin axarına yuvarlanmaqla özünü 
təsdiq edə bilməz. Hesab edirik ki, dünyanın dəyişilməsində sənətin qatqısı – ictimai münasibətlərin 
insani səviyyəyə qalxmasına təsiri ilə özünü göstərməlidir. Yəni sənət uğurlu nizamın yaranmasında öz
etkisini ortaya qoymalıdır.
Yaşadığımız hər bir dövr bəşər tarixinin bəlli bir kəsiyidir. Biz tarixin bu kəsiyində necə yaşayırıq, necə
davranırıq, özümüzdən sonrakı nəsillərə hansı mədəni, mənəvi irsləri ötürürük – bunların hər birinə görə
məsuliyyət daşıyırıq. Ona görə istər ədəbiyyatın, istər teatrın, kinonun səviyyəsi yaradıcı insanların hər
birini düşündürməli, bu sahələrin getdikcə cansıxıcı hadisəyə çevrilib mənasızlaşması rahatsız etməlidir.
Dünya ilə insanın əlaqəsi dərk olunmur, həyat, ictimai münasibətlər getdikcə pozuntuya uğrayır. Belə
bir vaxtda sənət haray çəkməli, döyüşkən ədəbiyyat yetişməli idi. Ancaq ya əyləncə ədəbiyyatı yaranır,
ya da sadəcə təsvir ədəbiyyatı. Ədəbiyyatın istedadlı nəsli çoxluq etibarı ilə bu xəttə yuvarlandı. Az
sayda olanlar isə üzə çıxa bilmədilər. Əlbəttə, burada dövlətin üzərinə çox böyük məsuliyyət düşür.
Pozunuları qamçılayan ssenarilər işlənməli idi və bunlar dəstəklənməli idi. Teatr və kino sənəti də bu 
ssenarilər əsasında ictimai şüurun inkişafına təsir göstərməli idi. Ancaq nə yazıqlar ki, nə belə ssenarilər 
ortaya gəlir, nə də istedadını bu işə həsr etməyə cəsarət edənlər. Gənc nəslin özünü ifadə eləmək 
istyən aktyorları da əlacsızlıqdan səhnədə qadın paltarı geyməklə məişət “qəhrəmanları”nın obrazlarını
yaradırlar. Deməliyik ki, məişət davranışlarını, məişət əhvallarını ən yüksək səviyyədə ifadə eləmək 
belə, milli mədəniyyətə heç bir töhvə verə bilməz. Eləcə də kino sənətinin obrazları səhnələşən məişət 
münasibətlərinin ifadəsindən, yaxud kriminal davranışları göstərməkdən yüksəyə qalxa bilmir. İndi həyati
önəmi olan prinsipial kinolar yaranmır. Düşüncələri kütləşdirən, dünyanın ali mənasını dərk etməyin
yollarını tamaşaçının üzünə bağlayan teleseriallar bolluğu yaranır. Serialların aşıladığı psixologiya ondan 
ibarətdir ki, insan heç vaxt düzəlməyəcək, həyat heç vaxt gözəlləşməyəcək. Bir sözlə, insani gözəlliklərin 
bərqərar olunmasına bəslənilən ümidlər boşluğa düşür...
Toplum indiki quruluşda necə yaşasın, necə davransın – bu yöndən maarifləndirilmir. Xalqın mədəni,
mənəvi dünyası anarxiyaya çevrilib. Belə bir zamanda ədəbiyyat mübarizə aparmalıdır. Ancaq ədəbi 
aləm bəsit bir qəlibə çevrilib, qəlib ədəbiyyatı yazılır. Bu isə sənət dünyasına qazılan qəbirdir əslində. 
Bu gedişatda “Yazıçılar Birliyi” sənət dünyasının qəbirstanlığı rolunu oynayır. Hakim rejim də sənət 
dünyasını nəzarətdə saxlamaq üçün bu “qəbirstanlığı” qoruyur. Təltif olunmalara, titullara göz dikən
neçə-neçə istedadlar işığa çevrilmədən qaranlığa gömülür. Xalqın bəxti gündən-günə qaralır. Sənəti ölən
xalq dünyasız xalqdır. Dünyasızlıq aqibəti hazırlanıb insana.
Döyüşkən ədəbiyyat yaranmasa ictimai həyada dönüş də yaranmayacaq. Dönüşü başlamaq üçün sənət 
dirilməlidir!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!Atamız Var olsun!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti