|
İngiltərə Premyer Liqasının əsasnaməsində dəyişiklik ola bilər.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 2019-cu ildən etibarən çempionatda qış fasiləsinin tətbiqi məsələsi müzakirə olunur. Hazırda Premyer Liqa rəhbərliyi təklifi ciddi şəkildə nəzərdən keçirir. Hətta "BBC"nin rəsmi saytında keçirilmiş sorğuda respondentlərin 59 faizi mövsümün ortasında futbolçulara istirahət verilməsinin lehinə səs veriblər.
Ancaq indiki məqamda bu, mümkün deyil. Çünki "SKY" və "BT" şirkətləriylə 2019-cu ilə qədər olan 5,14 milyard funt-sterlinq dəyərindəki teleyayım müqaviləsi fasilənin tətbiqinə imkan vermir. Bu, ancaq müqavilə müddəti başa çatdıqdan sonra baş tuta bilər.
Qeyd edək ki, Premyer Liqa komandalarının baş məşqçiləri bu təşəbbüslə dəfələrlə çıxış ediblər. Onlar sıx qrafikə görə çoxsaylı zədələrdən şikayətləniblər.